"İlin Şansonu" mükafatlandırma mərasimi Bakıda keçiriləcək

"İlin Şansonu" mükafatlandırma mərasimi  Bakıda keçiriləcək
12 fevral 2020
# 12:52

Mayın 2-də Bakıda “İlin şansonu” mükafatının təqdimat gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, “Radio Şanson”un mətbuat xidmətindən mediaya yayılan məlumata görə, Bakı Konqres Mərkəzində “Radio Şanson” tərəfindən təsis edilən ənənəvi “İlin şansonu” mükafatları laureatlara təqdim olunacaq. Məlumatda bildirilib ki, Rusiyanın çox populyar radiostansiyası bu cür vüsətli konserti ilk dəfədir təşkil edir.

Böyük konsert proqramının hazırlandığı təqdimatda Mixail Bublik, Tamara Qverdtsiteli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povali, Alyona Petrovskayaiştirak edəcəklər.

Qeyd edək ki, “İlin şansonu” mükafatı hər il müəllif musiqisi sahəsində xüsusi nailiyyətlərə görə təqdim edilir. Burada ilin ən yaxşı artistlərini və ən yaxşı mahnılarını ulduzlardan ibarət münsiflər heyəti deyil, radiodinləyicilərin özləri elan edirlər. Hər il bu ən təsirli janrın pərəstişkarları “Radio Şanson”da təşkil edilən xalq səsverməsi gedişində öz səslərini sevdikləri ifaçılara və mahnılara verirlər. “İlin şansonu” mükafatının ilk təqdimetmə mərasimi 2002-ci ildə Dövlət Kreml Sarayının səhnəsində təşkil edilib. O vaxtdan bəri Kremlin konsert zalı ənənəvi mərasimin keçirildiyi rəsmi məkana çevrilib.

# 4144 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər