“Hədəf” nəşriyyatına yeni direktor təyin olundu

“Hədəf” nəşriyyatına yeni direktor təyin olundu
24 dekabr 2019
# 12:31

“Hədəf Nəşrləri” 2020-ci ildən yeni layihələrlə işləmək məqsədi ilə dəyişikliklərə getmək qərarı verib.

Nəşriyyatdan Kulis.az-a verilən məlumata görə, Şəmil Sadiqin qərarı ilə əvvəllər nəşriyyatda baş redaktor çalışmış gənc yazıçı Səbuhi Şahmursoy icraçı direktor təyin edilib.

Səbuhi Şahmursoy mətbuatda yayılmış bəzi dezinformasiyalara aydınlıq gətirib: “Hədəf Nəşrləri” 10 ildir ki, kitabçılıqla məşğul olur və yetərincə ciddi nəşriyyatdır. Rəhbərliyi mənə həvalə olunan nəşriyyat təkcə metodiki ədəbiyyat nəşr etməklə kifayətlənməyib, əvvəlki kitab silsilələrini davam etdirəcək. Sadəcə nəşriyyatın fəaliyyətində əvvəllər rast gəlinən problemləri aradan qaldırmağa yönələcəyik. Bunlar arasında müəllif hüquqları məsələsindəki qərarlılıq, kitabların poliqrafik keyfiyyətləri, qiymət siyasəti, əsər seçimi məsələləri də var. Ümumiyyətlə, yerli kitab bazarına uyğun addım atmaqla yanaşı, nəşriyyatın yeni ildəki ilk layihəsi istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatı nümunələrini rus dilində çap etmək olacaq. Bununla da Rusiya və Orta Asiya bazarına çıxmağı planlaşdırırıq".

S. Şahmursoy əlavə edib:

"Hədəf Şirkətlər Qrupunun qarşısına qoyduğu hədəf bütün sahələrdə dünya markası olmaqdır. Bunun üçün yeni ildən “Hədəf Nəşrləri”ndə yeni ştat da olacaq – müəllif hüquqlarının alışı və satışı ilə məşğul olan agent. Bununla da, istər nəşriyyatın layihələrinin, istərsə də azərbaycanlı müəlliflərin əsərlərinin xarici nəşriyyatlara satışını təşkil edəcəyik”.

# 3954 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər