"Gül becərirəm, qəzəl əzbərləyirəm, xörək bişirirəm"

"Gül becərirəm, qəzəl əzbərləyirəm, xörək bişirirəm"
24 aprel 2020
# 11:10

Xalq artisti, xanəndə Səkinə İsmayılova karantin günlərindən danışıb.

Kulis.az-a açıqlama verən xanəndə karantin qərarından sonra evdə olduğunu, ev işləri gördüyünü, darıxmadığını bildirib.

"Evdə o qədər iş var ki. Hansı qadın ki, deyir mən evdə darıxıram, mən bu fikirlə razılaşmıram. Çünki səhnədə olmadığım vaxtlarda mən evdə çox olmuşam. Olmağı da sevirəm. İndi də evdəyəm. Gözəl ev güllərim var, onlara baxıram, onların nazı ilə oynayıram. Yaz aylarında güllərin torpaqlarını dəyişmək lazım gəlir. İndi bir halda ki, özüm evdəyəm, hamısını da özüm edirəm. Bundan başqa neçə vaxtdan bəri oxumaq, öyrənmək istədiyim qəzəllər vardı, indi imkan düşmüşkən klassiklərimizin qəzəllərini əzbərləyirəm. Çünki xanəndənin ifası o zaman daha gözəl və səmimi alınır ki, o, yeni sözlə, yeni qəzəllə tamaşaçıların qarşısına çıxır. Xanəndə var ki, otuz, qırx il eyni qəzəlləri oxuyur, eyni sözlərlə tamaşaçının qarşısına çıxır.

Xanəndə saatlarını daha çox mətbəxtə keçirdiyini, yemək bişirməkdən xüsusi həzz aldığını qeyd edib.

"Mətbəxdə də çox ləzzətlə işləyirəm. İndi nəvəm iki saatlıq icazə ilə yanıma gəlib. Səhər yuxudan duran kimi deyib ki, mən heç nə yemirəm, aparın nənəmin bişirdiyi yeməklərdən yemək istəyirəm. Mən də onun ürəyi istəyənləri bişirirəm. Ümumiyyətlə, mətbəxi çox sevirəm. Bilirsiniz ki, mən bakılıyam, yaxşı xörəkləri sevirəm. Evdə heç bir iş görmək istəməsəm də, gözəl yeməklər bişirməyi xoşlayıram. Yəni dediyim odur ki, evdə bir tərəfdə sıxılıb qalmamışıq. Karantin günlərindən maksimum səmərəli istifadə etməyə çalışırıq. Həyatı, yaşamağı, əzizlərimizi seviriksə, dövlətimizin qoyduğu qanunlara əməl etməliyik.

Xalq artisti çətin günlərdə insanları bir-birinə əl tutmağa, imkansızlara kömək etməyə çağırıb.

"Əgər bu gün məndə üç manat varsa, mən onun ikisini kiməsə verməliyəm. Bu mütləqdir. Elə də edirəm. Böyük bir nəslin nümayəndəsiyəm. Mənimkilərin də çatanı, çatmayanı var. Bu gün də mən çalışıram ki, onların heç biri əziyyət çəkməsinlər. Gündəlik qazanc dalınca gedən qohumlarım var ki, indi evdən çıxa bilmirlər. Eybi yoxdur, mən nəyə gücüm çatarsa, onlara kömək edəcəyəm. Bunu da tək mən yox, hamı etməlidir.

Mehriban xanım bir ana kimi hamıya müraciət etdi. Biz də bizim yaxşılığımız, gələcəyimiz üçün edilən bu müraciəti dəyərləndirdik. Müəyyən çətinliklərdən sonra hər şey qaydasına düşəcək".

# 4286 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər