"Arşın mal alan” Çində təqdim olunub - Fotolar

"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
17 sentyabr 2021
# 18:45

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnələşdirilib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyindən APA-ya verilən məlumata görə, tamaşanın yeni quruluşda (konsert versiyası) premyerası Çində keçirilən “Böyük Çin Səddi – bir kəmər, bir yol” beynəlxalq folklor və sənət festivalı çərçivəsində Lanfan şəhərindəki “İpək Yolu” Beynəlxalq İncəsənət Mərkəzində gerçəkləşib.


Konsert Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Xebey vilayətinin hökuməti, Tyanzin şəhərinin bələdiyyəsi və “ANN Group”un dəstəyi ilə baş tutub.

Qonaqları salamlayan səfir Əkrəm Zeynallı qeyd edib ki, tarixi İpək yolu bəşəriyyətin mədəni inkişafında böyük rol oynayır. O, Azərbaycanın da tarixi İpək yolunun üzərində yerləşdiyini və özünün mədəni mirası, o cümlədən musiqi və ədəbiyyatı ilə hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında məlumat verən səfir onun anaqdan olduğu 18 sentyabr tarixinin Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunduğunu və hər il ənənəvi Üzeyir Hacıbəyli adına Musiqi Festivalının keçirildiyini diqqətə çatdırıb.

Sonra “Arşın mal alan” operettası Tyanzin şəhərinin Mahnı və Rəqs Opera Teatrının orkestr və vokalistlərinin ifasında yeni quruluşda və Çin dilində təqdim olunub. Libretto çağdaş həyata uyğunlaşdırılıb və çinli tamaşaçıların anlaması məqsədilə sadələşdirilib.

Tamaşanın baş məsləhətçisi və koordinatoru – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, baş rejissor və bədii rəhbər İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq, kastinq üzrə direktor Li Saofeyvə Lu Şen, orkestrin dirijoru Sun Tsinkaydır. Əsgər rolunu Van Tsinan, Glüçəhrə rolunu isə Tszan Yanron ifa edib.

# 3180 dəfə oxunub

Oxşar xəbərlər

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

11:05 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər