#

"LİBRAFF"da media-tur keçirilib - Fotolar

"LİBRAFF"da media-tur keçirilib - Fotolar
30 dekabr 2019
# 16:49

Dekabrın 30-da "LİBRAFF" Mağazalar Şəbəkəsinin "Park Akademiya" filialında mətbuat nümayəndələri üçün media-tur, həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

APA-nın məlumatına görə, "LIBRAFF" Mağazalar Şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu çıxış edərək bildirib ki, 2017-ci ilin əvvəlində fəaliyyətə başlayan "LIBRAFF"ın hazırda Bakıda 6 filialı, Gəncədə isə 1 filialı kitabsevərlərin xidmətindədir: "LİBRAFF" hazırda Azərbaycanın ən böyük modern kitab mağazasıdır. Biz gələcəkdə də bu istiqamətdə çalışacağıq. 2020-ci ildə filialların sayının artırılması, bu istiqamətdə əsasən regionlarda mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulub".

1. Nəzəroğlu əlavə edib ki, "LİBRAFF" Azərbaycanda yeni bir kitab mədəniyyətinin təkan olub. Bu mədəniyyəti qoruyub sonrakı nəsillərə ötürmək bizim əsas missiyalarımızdan biridir".

Sonra "LİBRAFF" Mağazalar Şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Nadirli 2020-ci ildə görüləcək işlər barədə daha ətraflı məlumat verib: "Uşaqlarımız üçün çox böyük layihələrimiz olacaq. Bizim artıq "Nağılbaz" adlı layihəmiz var. Hər şənbə günü uşaqların fərdi inkişafını təmin etmək üçün onlarla bu layihəni həyata keçiririk. 2020-ci ildə "LIBRAFF"ın mətbu orqanı olan jurnalımız nəşrə başlayacaq. Fəaliyyətimizdə müxtəlif istiqamətli və səpkili kitablar əsas yer tutduğuna görə, oxucularımız jurnalımız daim Azərbaycan, ingilis və rus dillərində olan bestsellerlər, peşəyönümlü kitablar və mağazalarımıza daxil olan yeni kitablar haqqında məlumat əldə edəcəklər".

Daha sonra Kulis.az saytının baş redaktoru, yazıçı Şərif Ağayar, yazıçı-jurnalist Vüsalə Məmmədova, tanınmış aparıcı İradə İsaq və başqaları çıxış ediblər.

# 1830 dəfə oxunub

Oxşar xəbərlər

“Kitab rəfini bizimlə yenilə!” - “Libraff”da kampaniya

“Kitab rəfini bizimlə yenilə!” - “Libraff”da kampaniya

13:25 18 mart 2023
Maraqla oxuyacağınız bioqrafik kitablar - Siyahı

Maraqla oxuyacağınız bioqrafik kitablar - Siyahı

17:00 17 mart 2023
TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı - Siyahı

TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı - Siyahı

17:10 14 mart 2023
Qəhrəmana çevrilən tanımadığımız qadınlar - Reportaj

Qəhrəmana çevrilən tanımadığımız qadınlar - Reportaj

09:05 10 mart 2023
Fevral ayında ən çox satılan kitablar - “Libraff”ın bestsellerləri

Fevral ayında ən çox satılan kitablar - “Libraff”ın bestsellerləri

11:50 7 mart 2023
“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müzakirəsi keçirildi

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müzakirəsi keçirildi

19:00 22 fevral 2023
# # #