“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” nümayiş etdirilir

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” nümayiş etdirilir
12 sentyabr 2025
# 09:40

Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə yer alan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdə nümayiş olunub.

Tədbirdə Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndiriblər.

Müəllifin əsərləri indiyədək Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər mötəbər mədəniyyət müəssisələrinin kolleksiyalarına daxil edilib.

Qeyd edək ki, sərgi dekabrın 30-dək davam edəcək.

# 162 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər