Müasir Rusiya ədəbiyyatının ən məşhur simalarından olan Viktor Pelevinin "Mavi Saqqalın qayıdışı" adlı yeni romanı aprelin 23-də işıq üzü görüb.
Kulis.az xəbər verir ki, bu barədə "Yandeks Kitablar"ın mətbuat xidmətindən məlumat verilib.
Ceffri Epşteyn və Janna Darkın silahdaşı
Kitabın süjeti Ceffri Epşteynin qalmaqallı hekayəsinə istinad edir. Mənəvi təcrübə zamanı mütəfəkkir Konstantin Parakletiviç Qolqofskiyə məlum olur ki, o, keçmişdə Janna Darkın silahdaşı olmuş, sonradan isə asılaraq tonqalda yandırılan marşal Jil de Re olub.
Üç hissəli hekayə və istinadlar
Roman üç hissədən ibarətdir: "Mavi Saqqalın qayıdışı", "Avraamın piramidası" və "Pinqvin haqqında nəğmə".
"Mavi Saqqalın qayıdışı" yazıçının "Transhumanizm, İnc." silsiləsinə daxil olmasa da, əsərdə Pelevinin digər kitablarına istinadlar mövcuddur.
Bu il audiokitabın əsas səsi teatr və kino aktyoru Kirill Radsiq olub. Eksklüziv parçaları isə tanınmış teleaparıcı Kseniya Sobçak və "Lora Palnanın gündəlikləri" podkastının aparıcısı Dmitri Lebedev səsləndiriblər.
Kitabı mağazalardan və onlayn platformalardan almaq mümkündür. Romanın elektron və audio versiyaları eksklüziv olaraq "Yandeks Plyus" abunəliyi ilə "Yandeks Kitablar"da təqdim edilir. Əsəri həmçinin "Litres" platformasından da əldə etmək olar.