Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı
4 noyabr 2026
# 13:30

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb.

Kulis.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib.

Bu göstərici ilə Maykl Cekson dünyasını dəyişmiş məşhurlar arasında ikinci yerdə qərarlaşıb.

Siyahıya 150 milyon dollar gəlirlə musiqi prodüseri Kuinsi Cons başçılıq edir.

Ceksonun mirasının gəlirlərinin artmasında onun həyatından bəhs edən "Michael" bioqrafik filminin də mühüm rolu olub.

Filmin dünya üzrə kassa uğuru və sənətçinin musiqi irsinə artan maraq bu gəlirlərə təsir göstərən əsas amillərdəndir.

Bundan əlavə, müğənninin mahnılarının rəqəmsal platformalarda dinlənilməsi, musiqi kataloqundan əldə olunan müəlliflik gəlirləri, səhnə tamaşaları və kommersiya layihələri də mirasının qazancını artırır.

Nəşrin məlumatına görə, Maykl Ceksonun vəfatından sonra onun mirasının ümumi gəliri 3,5 milyard dolları ötüb.

# 127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər