Toronto kinofestivalının qalibləri bəlli olub.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 7-17 sentyabr tarixlərində keçirilən festivalın qalibi “Missuri, Ebbinq sərhəddində üç bilbord” qara komediyası olub.
Filmin rejissoru Martin Makdonaxdır.
- Bakıda sərgi açıldı: “Dərsə kitabla gedin”
- Milli Kitabxanada Gənclər Günü münasibətilə virtual sərgi hazırlandı
- İbrahim Tatlısəs kəfənini geyib Amerikaya gedir
Sənədli film nominasiyasında “Kəndin siması” (Aqnes Varda) filmi mükafatlandırılıb.
“Gecə çılğınlığı” seksiyasında Yozef Xanın “Canlanmış”, ən yaxşı debüt film olaraq isə “Luk’ Luk’l” qalib olub. Ən yaxşı qısa film nominasiyasında “Yük” filmi (Niki Lindroth von Bahr) seçilib.
Xatırladaq ki, Toronto kino festivalında filmləri ənənəvi olaraq jüri heyəti yox, tamaşaçılar seçir.