Gecən xəyanətlə dolar əgər səhv seçsən qadını

Gecən xəyanətlə dolar əgər səhv seçsən qadını
16 dekabr 2012
# 08:00

Ər Toğrul Ağabəyli

***

Səni sevirəmlə başlayıb…

Lənət olsun deyə bitir sevgi…

Köpək oğlunun qızı olur

nə vaxtsa sevdiyin o qadın…

O qadın…

Köpək oğlunun qızı…

***

Az öncə əlimi buraxdın mentalitet, ata qorxusuyla

Darıxır indi barmaqlarım.

sənin əlin...

barmaqlarının arasındakı sahib olduğu yer üçün

Biz avtobusdan düşəndə

Mən dayanacağı dəyişəndə başalayır həsrət

Arxanca baxmaqla başlayır...

O əndamın...

Lənətə gəlsin hər şey.

niyə yanımda yoxsan?

niyə eyni evə, eyni damın altına getmirik?

Niyə?!

Həsrətinlə çarpışıram balışımı qucaqlayaraq…

Darıxıram…

***

özümdən xəbərim yoxdur

acı badəm

acıdır hər kəlməm

həyata insanlara

günəşə…

baxın gözlərimin içindəki qana...

buraxın yaxamı...

mən sizə rəhbər deyiləm ki, hamınız məni sevəsiniz

***

ölüm dediyim şeyə baxıram...

filmlərdə var,

kitablarda var, i

nsanların paltarlarında var,

hər yerdədir ölüm...

onu axtarmaq,

qaçmaq,

oğurlamaq olmur...

o gəlir, sən...

sən...

sən gedirsən…

***

yağış kəsib

tıxac yoxdur şəhərdə

Uzun saçlı dilənçi qaçıb evə

Avtobusdayam

radio çoxdan unudulub

Üzeyir oxuyur...

Bir polis qarnını qaşıyır dayancaqda

Uzaqlarda…

ölüm dediyim şeyə baxıram...

filmlərdə var,

kitablarda var, i

nsanların paltarlarında var,

hər yerdədir ölüm...

onu axtarmaq,

qaçmaq,

oğurlamaq olmur...

o gəlir, sən...

sən...

sən gedirsən...

***

Havalar soyuyur...

Bakıdan bir şeir...

Azərbaycandan gileyim var...

burda yaşayırsansa heç kimə necəsən demə...

bunu mən demirəm...

bunu bir şair deyir 50 yaşında...

mənimsə 22 yaşım var

bu gənc zamanımda istirablar içindəyəm...

etiraz edirəm

düzələr deyirlər...

heç nə düzəlmir axı

havalar soyuyur...

Bakıya bir şeir...

navalçalardan axan yağışları təsvir edərkən

Azərbaycandan gileyim var...

mənə necəsən demə, dost, demə...

demə...

demə...

demə...

cavbım pis olacaq...

***

damarları kəsilmiş 8 yaşlı qız…

hə intihar 8 yaşa düşüb

8 balaca yaşa

2-ci sinif cocuğu intihar edir

bakıdan uzaq bir rayonda

burdaysa arvad dərdi çəkir bir şair...

***

xatırlayıram...

beynimdə uşaqlıqdan bir fraqment var

asılmış döşək ağları...

ağları qucaqlayıram

ağların arasındakı küləyi...

anam acıqlanır...

çubuqla qaçır arxamca

bir kitabda oxumuşdum küləyi dişləyən...

amma mən onu qucaqlamaq istəmişdim

küləyi qucaqlamaq...

***

gecən xəyanətlə dolacaq

hər dəfə səninlə yatanda ,

səni öpəndə, sevdiyi futbolçunu...

və ya modeli öpəcək...

əgər səhv seçərsən qadını...

***

gündüz şeir yazanlar bədbəxt olur...

şeytanın qısqanclığıdır bəlkə də

nə edəcəyimi bilmirəm...

ayrılıq qapımızı döyür....

sən dostlarını seçirsən

mən...

mən əzabları.

sən qururunu göylərdə tutursən

mən onu ayaqlarının altına atmağa hazıram...

sənsiz ölərəm deyirsən

kim var ki əbədi?

ölüm də şeir kimidir

həyat da əzab çəkmək üçündür...

gündüzlər şeir yazanlar bədbəxt olurlar...

bədbəxt...

# 3744 dəfə oxunub

Müəllifin son yazıları

# # #