Darvinizmdən danışmaq nadanlığı - QƏZƏL

Darvinizmdən danışmaq nadanlığı - QƏZƏL
18 aprel 2013
# 17:52

Rafael Əmrahlı

BSU Yaradıcılıq fakültəsinin I kurs tələbəsi

Canı canan diləyir, sən belə cananlığa bax,
Can tərəddüd eyləyir, canan üçün canlığa bax..!

Can deyir canan əgər, sevsə idi zərrə məni,
İstəməzdi canımı, ondakı nöqsanlığa bax..!

Hər cisim ruhuna aşiqdi, sevir sevgilisin,
Ayıran onları hər kimdisə, düşmanlığa bax..!

Hər şeyi xəlq eliyən, xaliqə heyrandı bəşər,
Nəzər et göy üzünə, nizam-səhmanlığa bax..!

Gəlki görmək istəsən, sən onun rəhmət sifətin,
Həzrəti İsmayılın əvəzinə qurbanlığa bax..!

Kim əgər Darvinizmdən danışa, söhbət aça,
Nəzər etmə sözünə, ondakı nadanlığa bax..!

Günü-gündən qudurur cümlə bəşər, haqqı danır,
Bir nütfə damla ilə, yaranmış insanlığa bax..!

Kimin ki bir balaca qüvvəti var, sərvəti var,
Məzlumun haqqın əzir, qudurmuş aslanlığa bax..!

Sən özün haqqı tanı, haqq yolunda gəz, Rafael,
Gəl ki məhşər günü, aləmdəki peşmanlığa bax..!!!

# 2691 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #