Sevgilin əsgərlikdən qolsuz gələrsə

Sevgilin əsgərlikdən qolsuz gələrsə
15 iyun 2013
# 07:00

Fəridə Məmmədova

Əsgər qolları

dünyanın o biri ucuna

sülhü qorumaqçun

gedən əsgər,
xəritənin mən olan ucunu

cırıb ataydın barı.

uzaqlığı ölçə bilməyəndə

az darıxır insan...

yollarla dərdləşirik.

deyir ki,
baş götürüb gedənlər qayıdır

amma
ürək götürüb gedənlərdən heç

soraq yoxdu...

ehtiyatla,

əsəblə,

qorxuyla

toxunduğun avtomatın darağı olmaq varkən
mən burda

bir pəncərəyə söykənib darıxıram.
elə üşüdür sənsizlik hərdən
köçüb getmək istəyərdim

olsa gerçək cəhənnəm ...

xəritəyə baxıram.

rədd olsun bu boyda dünya
qollarının arası qədərcə yer qoru.

qalanı çoxdu.

sən orda mərmi alovlarında qızınırsan bəlkə də.
mənsə üşüyürəm.

birdən gələrsən,
görərəm ki

qolların yoxdu .

# 2629 dəfə oxunub

Müəllifin son yazıları

# # #