Arvadını söyən kişinin məhəbbəti

Arvadını söyən kişinin məhəbbəti
15 dekabr 2014
# 10:57

- Ürəyim.

- ....

- Mələyim.

- Az danış, it qızı.

- Yaxşı eləyirəm, heyvan oğlu, heyvan.

- Nə dedin, qancıq? Sənin...

- Allah məni səndən qabaq öldürsün .

- Bilmək olmaz, bəlkə birinci mən öldüm.

Gecə yuxusuna girir.

- Gəlmirsən bura? Sənin üçün yanımda yer hazırlamışam

Yuxudan ayılır.

- Öz qırılmışlarına yer hazırla, kaftar.

Ölüm ayağında gözünə görünür.

- Ay kişi, haradan keçim?

- Əlini ver...

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

# # #