Baş daşını qucaqlayıb ağlamaq

Baş daşını qucaqlayıb ağlamaq
19 noyabr 2013
# 18:00

Nazlı İbişova

İnanmaq istəyirəm, insanların sözlərinə, yaşlı gözlərinə, peşmançılığına, sevgisinə, əhdinə, qəlbinin saflığına, dürüstlüyünə...

Təbiətə, doğan günəşin isti sözlərlə ovuna bilməyən qəlbimizi isidəcəyinə, yağışda gizlətdiyimiz göz yaşlarımızın günahlarımızı yuyub bizi səadətə götürəcəyinə inanmaq istəyirəm...

Ədalətin, səmimiyyətin var olduğuna inanmaq istəyirəm...

İnsan əliylə öldürülən təbiətin məzarına sığal çəkmək istəyirəm...

Baş daşını qucaqlayıb ağlamaq istəyirəm için-için...

Gələnin ötəndən üstün olmadığını anlayıb yanıldığımda keçirdiyim o dəhşət dolu hissləri qaytarmaq istəyirəm...

Səadətin ovcumdan qaçdığını, xəyanətin qəlbimi parçaladığı kəskin bıçağını nə vaxta qədər daşıyacağıma, nəyi unudub nəyi sevəcəyimi anlamayan dəli fikirlərimə cavab tapmaq istəyirəm cavab...

Heç özümü belə dərk edə bilmədiyim məqamlarda başqasına bel bağlamağı tərgitməyi, ötəri hisslərdən doğan acının məmləkətin acısından daha çox ürəyimi yaraladığını hamıdan gizlətməyi, cəmiyyətdə müsbət obraz yaratmağı, düzü danıb səhvdən təsəlli tapmağı yadırğamaq istəyirəm yadırğamaq...

Bilirəm çox şey istədiyimi...

Amma hər şeyə rəğmən hələ də ümidim var...

# 2125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #