Ölən qadının son qoxladığı

Ölən qadının son qoxladığı
25 fevral 2014
# 09:00

Natəvan Mikayılova

Gözlərimin önündə can çəkişən yaşlı bir qadın. Təngiyən nəfəsi içinə kəsik çəkərək, geri qaytardığında isə sanki, illərdir yığılan dərdini bu nəfəslə qaytarırmış kimi ovurdları dolub boşalırdı. Heyrətlə izləyirəm. Can bədəndən çıxır. Bu cümlənin gerçəkliyi qarşımda.

Çox danışa bilmir. Hər kəs başına toplaşıb. Ev çaxnaşmadadır. Gəlin o yan, bu yana qaçır. Hərə bir şey istəyir. Qadının baxışları gəlinin dalınca hərlənir “mərhəmət et” yalvarışı ilə. Kimsə fərqində deyil. Gəlin duruxur. Ona tərəf əyilir: “Nə?... Nə deyirsən?”

Taqətsiz əlini sinəsinə uzadıb, titrəyən dodaqları ilə sözü ağzından çıxara bilmir. Gəlin onun nə istədiyini bildi, xatırladı. Tək qaldıqlarında bir neçə dəfə dilə gətirmişdi. Gəlin içəri otağa yüyürdü. Şifoneri açıb asılqandan köynəyi aldı, qadının yanına gəldi. Gücsüz əlləri köynəyə tərəf uzandı, amma almağa gücü yetmədi. Gəlin köynəyi qadının qoynuna qoydu. Bəlkə də ömrü boyu edəcəyi ən böyük savabı bu oldu.

# 2457 dəfə oxunub

Müəllifin son yazıları

# # #