Səni bağışlamaq istəsəm...

Səni bağışlamaq istəsəm...
2 dekabr 2014
# 13:39

Səni bağışlamaq istəsəm...

Yaşadığım sənsizliyi,

Yox et geri ver sevgimi.

Səni bağışlamaq istəsəm,

Söylə dönərsənmi geri?

Ucalardan uca idin

Bir zamanlar gözümdə sən.

Çox böyük günah işlədim,

Səni mənsiz qoyanda mən.

Xəyanətin əvəzində,

Yoxluğumu sənə verdim.

Mənə yalvarışlarını,

Təəssüf ki dinləmədim.

Mənasısan bu şeirimin

Cavabını indicə de

Səni bağışlamaq istəsəm,

Söylə dönərsənmi geri?

Söz vermişdin məni, unudacaqdın....

Getmisən, neçə il keçib üstündən,

Gedəndə demədin qayıdacaqdın.

Sevgimi heç edib getdiyin zaman,

Söz vermişdin məni, unudacaqdın.

Verdiyim dəyəri kiçildib getdin.

Mənim ümidimi niyə puç etdin?

Gedəndə bilmədin aldanacaqdın?

Söz vermişdin məni, unudacaqdın.

Mənim sevgi oxum, tez dəydi daşa.

Yaxşı ki, zamanım getmədi boşa.

Sevgimi nifrətə çevirən insan,

Sənsə boş-boşuna yaşahayaşa.....

Dünən göz önümdə, anam ağladı

Dünən göz önümdə, anam ağladı.

Uşaqkən əlimdən, tutan ağladı.

Mənə işıq verən, mənə nur verən,

Mənə həyat verən, anam ağladı.

Dünən göz önümdə, anam ağladı.

Axan göz yaşımı, silən ağladı.

Heç vaxt görməmişdim anamı bu cür,

Sanki bir yuxuydu anam ağladı.

Onun hər bir ahı sanki ox idi.

Hər biri bir özgə dəyirdi mənə.

Keçirdiyim çətin bir duyğu idi.

Dünya tam mənasız gəlirdi mənə.

Dünən göz önümdə, anam ağladı.

Ağrıya dözmədi, anam ağladı.

Ən çətin, ən dərdli, anımda mənə,

Qolunda rahatlıq, verən ağladı.

Fərq etməz harada, hansı ölkədə,

Heç vaxt istəmərəm ana ağlasın.

Bəşərə hər ana övlad gətirir,

Övladı istəməz ana ağlasın.

Köhnə dostlar kimi........

Bir gün biz görüşüb salamlaşanda,

Köhnə dostlar kimi qucaqlaşanda.

Düşün ki səninlə köhnə bir dostuq,

Çoxdan görüşmürük, çox darıxmışıq.

Bilirəm baxacam hey gözlərinə

Gözlərim deyəcək-sevirəm səni...

Səninsə gözlərin mənə baxaraq,

Həsrətli baxışla süzəcək məni.

Bilirəm əlimi tutub qəfildən,

Sən mənə-sevirəm söyləyəcəksən.

Bilirəm belimi qucaqlayıb sən,

Sən yalnız mənimsən-söyləyəcəksən...

Əlini belimdən qaldıran kimi,

Mənsə qulağına pıçıldayacam.

Həvəsdi ,eşq idi, yaşandı, bitdi.

Ayrıldıq sevgimiz, tükəndi bitdi.

Deyəndə sevirəm mən bir özgəsin,

Bilirəm solacaq o şux bənizin.

Düzü azalmayıb bir damla sevgim.

Çətin ki, mən səni unuda bilim...

Bir gün biz görüşüb, salamlaşanda,

Köhnə dostlar kimi, qucaqlaşanda.

Düşün ki, səninlə, köhnə bir dostuq,

Çoxdan görüşmürük, çox darıxmışıq.....

# 1573 dəfə oxunub

Müəllifin son yazıları

# # #