Qırmızı şarın azadlığı

Qırmızı şarın azadlığı
24 oktyabr 2016
# 13:52

Vasif Ayan

Uçmayan, qırmızı, kiçik bir şar,

Sahibini itirmiş, başıboş bir it kimi, dolaşır, boş küçələrdə,

Sanki, qadını atıb gedən, yalnız bir kişi misalı,

Eyni yerdə dövrə vurur,

Ümidi varmış kimi, yağış, külək bilmədən yaşayır,

Bəlkə,

Bəlkə, nə zamansa, balaca məktəbli bir uşağın yolu ordan düşəcək,

Ona sahib çıxacaq deyə,

Ümid edər,

Gündüzü və gecəni tək qarşılamaqdan yorulmuş, zəifləmiş, xırdalaşmış, büzüşmüş,

Amma sabaha inanır,

Günün birində, isti bir yurd tapacaq,

Onu xoşbəxt edəcək bu uşağın sayəsində,

Sevincindən günəşi qucaqlamağa tələsəcək,

Şarlar çox zaman günəşə doğru uçarlar,

Sanki, Anası günəşdir,

Azadlıqları ucsuz-bucaqsız səmadır,

Bir Şar qədər azad olun, İnsanlar...

21.10.2016

# 1260 dəfə oxunub

Müəllifin son yazıları

# # #