Yalnız dəlilər üçün

Yalnız dəlilər üçün
5 fevral 2014
# 08:00

Ülviyyə R. Ali

Həyat nəyə bənzəyir bilirsən ?

Nəyə?

Radio dalğaları arasında qalan vakuuma.

Bu sözləri ünsiyyətdə olduğum şəxsi həyatı alınmayan biri deyirdi. Qəhərlənməklə yanaşı əsəbiləşmişdim həmin insana .Hər şey insanın öz əlindədir. Müəyyən çıxış yolu mütləq vardır deyə onu inandırmağa çalışırdım .Bir az mənə etibar etsə də ,digər yandan öz-özlüyündə də qaldı .Beləcə insanlara xəsarət verməmək üçün hər kəsdən uzaqlaşdı. Anlamadım başa düşmədim mən səni......

Dünən təsadüf nəticəsində belə bir sözü gördüm .İnsanların oxuyaraq intihar etdikləri kitab. Bu məni cəlb etdi .Axı orda yazılanlar nədən ibarət ola bilər di ki, insan öz əcəli ilə deyil də, öz əlində ölməyi düşünsün .

Sonsuz maraqla oxudum .Bu gün yekunlaşdırdım kitabı. Düzü nədən danışacağımı, nə deyəcəyimi də bilmirəm .Sözlərim kifayətsizdir. Onu anladım ki, insan əgər yaşayırsa yumor, gülmək hissini öyrənməlidir. Yoxsa həyat həqiqətən sənə ayrılmış cüzi bir hissədən ibarət olacaq.

O isə həyat genişdir, hüdüdsuzdur, sərhədsizdir. Bəlkə sən ona yumorla yanaşsan hər şey yaxşı olacaq sınamaq lazımdır. Hər dəfəsində əzab çəkmək, ətrafda baş verən insan qarmaqarışıqlığından uzaq düşmək axı kimə lazımdır. Bəlkə radionu yenə işə salaq .Bəlkə onun boşluqda qalmayan ,şən tərəflərini görə bildik. Əsərdə canlandırılmış Motsart demişkən: "Radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur, Cənab Harri.”

Onu anladım ki, hər bir insanın içində bir vandalizm gizlənir. Onu dağıtmaq ,yıxıb sökmək, min cür mənlərlə üzləşmək, onu dəf etmək insanın öz əlindədir. Sən istə bəlkə alındı !

Herman Hesseni oxumaq üçün Motsartı, Baxı, Haydını, Handeli anlamaq, duymaq lazımdır. Əbəs yerə deyil ki, musiqidən danışarkən o qeyd edir ki, mən də Motsartı, Handeli dinləyəndə rahatlıq, gözəllik duyuram .Bir başqası isə ucuz melodiyalara qulaq asanda da eyni şövqü yaşayır. Deməli ikimiz də eyniyik. Fərq orasındadır ki, birincilərin qulaq asdıqları bəşəridir. Heç vaxt ölməyəcək.

Demək istədiklərim çoxdur, amma əbəs görürəm, çünki kitabı oxuyanlar onsuz da hiss etdiklərimi yaşayacaqlar. (Əlbəttə bədii zövq varsa, çox təəssüf ki, bu da hər kəsə şamil olmur.)

# 2061 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #