Ən qısa hekayələr

Ən qısa hekayələr
22 aprel 2019
# 15:55

Bayram Mustafazadə

- Ata...

- Hə,qızım.

- Yadındadı?! Həsən dayının toyunda :" Allah səni xoşbəxt eləsin", - demişdin e...

- Hə,qızım...

- Allah baba onu niyə xoşbəxt eləmədi?!

-...

***

- Pəncərəni bağlayım, ana?

- Yox, bağlama.

- Qorxuram e...

- Nədən qorxursan ,qızım?

- Bacım birdən özünü atar e...

- Niyə atsın ki?

- Axı o da 8-də oxuyur...

***

- Son hadisələrdən xəbərin var da, müəllim.

- Hə,var...

- Dəhşətdir e vallah.

- Düzdü. Dəhşətdir...

- Bəs sən necə uşaq döymüsən?

- Hə...

- Niyə?

- Sən Dostoyevskini oxumusan?

- Yox.

- Mən də...

# 3598 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #