Gəl qızışaq bir az

Gəl qızışaq bir az
8 noyabr 2016
# 15:47

Fidan Nadir

Gəl oturaq çay içək,

İsti olsun qoy bir az.

Aradakı soyuqluq,

Bəlkə bir az qızışar.

Çox demirəm hərdən-bir,

çayı bəhanə edib,

Eyni yerdə tapışaq.

Göz-gözə gələk tez-tez,

Uzun-uzun baxışaq...

Hərdən gözünü qaçır,

Utancaqlıq yayılsın,

O al yanaqlarına..

Bir çay bəhanəsi ilə,

Tez-tez gələk yan-yana.

Baxışmaqdan soyudaq,

Süfrədəki çayları...

Gəl yaddan çıxaraq biz,

Evə gedən yolları...

Gəl oturaq çay içək,

İsti olsun qoy bir az.

Aradakı soyuqluq,

Bəlkə bir az qızışar...

# 1354 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #