Üç nöqtə kimi

Üç nöqtə kimi
13 iyun 2013
# 12:08

Günay Novruz

13 iyun sabahı

Sabah bir yaş da böyüyəcəm...

amma Sənə çata bilməyəcəm.

Bir az öfkəm böyüdəcək Məni

Və bir az da sevgim,

Böyüyəcəm...

böyüdəcək bir az da niftərim.

Çün ki, artıq bir boydadılar hər üçü,

Öfkəm də, nifrətim də, sevgim də.

Bu üçlüyün var bir nöqtəsi də...

sabah böyüyəcək Sənə olan hörmətim də.

Lap üç nöqtə qədər uzanıb gedəcək gələcəyimə

Sən içib unutsan da Məni,

Mən yeyib xatırlayacam Səni.

Mən öz ətimi yeyəcəm,

Sən isə Mənim qanımı...

elə hey incidəcəksən canımı.

# 1834 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #