Çoxam mən

Çoxam mən
12 may 2014
# 11:26

Günay Novruz

Mən yasaqlarla ömür yaşayası adam deyiləm,

Yükləməyin məni, vallah onu daşıyası deyiləm.

Mən məni tanıyıram, adamlardan qaçanam bir az,

Adamlar adamı sındırmaq üçün yaşayır,

Mən azadlığı və qüruru sevirəm.

Bir az səni də sevirəm, sevgilim...

ara-sıra vuruluram sənə.

Sonra...

sonra fərqinə varıram ki, adamsan sən də.

Eh... eh...

Mənim bu dərdim başıma bəla

Məni alıb aparır sabahlara.

Sınıb, ölənlərin vurğunuyam,

Mən qürurumdan ölürəm.

Bilirsən niyə?

Sına bilmirəm deyə.

Adamların dostluq siyahısında yoxam...

yoxam mən

Çün ki, anam adam yox qürur doğub.

Bir az çoxam...

çoxam mən

Çünki, adım qürur qoyulmayıb.

Adamlar adamı adı ilə tanıyır,

Adamlar adamı adamı ilə tanıyır,

Adamlar adamı əyir sonra tanıyır

İSTƏMİRƏM!!!

# 2228 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #