Paxlava

Paxlava
26 dekabr 2013
# 18:02

Elman Şirməmmədov


90-cı illərin sonlarına-keçid dövrünə düşmüşdü məktəb illərimiz. Sinfimizdə Sultan adında birisi var idi. Ailəsinin tək ovladı. Əqli cəhətdən bir balaca nasaz olduğu üçün müəllimlər Sultana güzəşt edirdilər.

Bir dəfə həndəsə dərsində söhbət rombdan gedirdi. Fəqan müəllim arxada oturub özünə qoyulan güzəştdən sui istifadə edən Sultanı ayağa qaldıraraq “Bu fiqurun adı nədi?”-deyə soruşdu.

Sultan sakitcə cavab verdi:

- Paxlava.

Bu yaxınlarda eşitmişəm ki, həmin Paxlava Sultan departamentlərin birində işləyir və camaatın qənimidir.

# 2416 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #