"Üşüsən əyninə yorğan yerinə, bir parça şerimi bürüyüb qızın"

"Üşüsən əyninə yorğan yerinə, bir parça şerimi bürüyüb qızın"
11 fevral 2013
# 18:08

Roma Xosrov

YAĞIŞ DAMCISI

Yenə göy üzünə duman çəkilib,
Yenə də yağışın qoxusu gəlir.
Güllə səslərindən yatmır haçandı,
Bu yorğun torpağın yuxusu gəlir.

Dilinə qandallar vurulsa belə,
Neçə il olsan da mənəvi edam.

Küçədə üstünə yağış yağanda,
Azadlığa çıxır elə bil adam.

Yerin günahını, göylər götürmur,
Yaman buludların tutub sancısı.
Bəlkə də Tanrının göz yaşlarına
Yeni ad qoyulub, "Yağış damcısı".

SƏNSİZ SUBAYAM…

Arzular qapımı döyür bayaqdan,

Ümidlər gizlənqaç oynayır yenə.

Xəyallar yanıma gətirib səni,

Xatirən beynimdə qaynayır yenə.

Mən evli olsam da, sənsiz subayam,

Ürəyim sənindir, canım yad qızın.

Üşüsən əyninə yorğan yerinə,

Bir parça şerimi bürüyüb qızın.

Gecələr bulud tək dolar ürəyim,

Səhər göz yaşlarım yuyar üzümü.

Şəklini böyüdüb asdığım yerdən,

Hər gün baxışlarım asar özünü.

"KİŞİLƏR AĞLAMAZ"

Qarşıma çıxardın, lal dayanardım,
Baxışın dilimi həbs eləyərdi.
Sənin addımının ritmik səsinə,
Ürəyim içərdə rəqs eləyərdi.

Həsrətin hədiyyə qalıb o ildən,
Göz yaşım bir ümman, yaman dolmuşam,
Sən məndən nə qədər uzaq olsan da,

Mən sənə o qədər yaxın olmuşam.


Sən Allah, tərpətmə ayrılıq közün,
Əsdikcə küləklər yandırıb yaxar.
"Kişilər ağlamaz" - demə əzizim,
Kişinin göz yaşı içinə axar.

# 3378 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən maraqlı Yeni il adətləri

Dünyanın ən maraqlı Yeni il adətləri

12:00 31 dekabr 2025
Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Paytaxtlar haqqında maraqlı faktlar

Paytaxtlar haqqında maraqlı faktlar

12:00 11 oktyabr 2025
Fahişələr, cadugərlər,  feministlər... - Servantesin "qadınları"

Fahişələr, cadugərlər, feministlər... - Servantesin "qadınları"

09:20 29 sentyabr 2025
"Lolita"nın nəşr  macəraları...

"Lolita"nın nəşr macəraları...

15:00 19 avqust 2025
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər