Burda ananın pensiyasını, uşağın süd pulunu xərcləyirlər

Burda ananın pensiyasını, uşağın süd pulunu xərcləyirlər
29 may 2014
# 13:30

Nərgiz İsmayılova

Qumarbaz

- Evdə heç nə qalmayıb!

- Bezdirmisiniz məni daha bəsdir!

- Biz nə etmişik axı sənə?

- Varlığınız bəsdir elə!

- Uşaq acdır heç olmasa çörək al, bir də yumurta...

- Qırıl!!!

35 yaşı olardı ali təhsilli idi, narazı olsa da dövlət orqanında işi də vardı.

Evli idi, 2 yaşında bir oğlu birdə kartlara uşaqlıqdan marağı var idi. Ən sevdiyi şəhər Las-Vegas, ən sevdiyi ətir pul qoxusu, ən sevdiyi səs qumarda udanda atdığı sevinc qışqırıqları idi.

Şəhərin mərkəzində qıpqırmızı bina, içəridə və qapının ağzında ağlasığmaz qələbəlik...

Üzündə gülüş olanlar və dizinə, başına döyənlər...

Qumarxana...

Şəhərin gözəl hüsnünə vurulmuş yara !!!

Qumarxana... vicdanların susduğu, şəhvətin, hərisliyin coşduğu guşə...

Buranın daimi sakinləri “qumardaşlar”...

Tez varlanmaq istəyən bir yığın çarəsiz, qumarı hobbi hesab edən bir yığın ağılsız...

Qadın qumarxananın önündə maşında gözləyirdi, burda gözlə demişdi yoldaşı. Qumarxananın qapısından kimlər çıxmırdı ki? Rütbəli, rütbəsiz, ağılsız, əlsiz...

Bunların bəzisinin ortaq nöqtəsi idi çarəsizlik, bəzisininsə ağılsızlıq...

Qadın isə düşünürdü qumar ucbatından dağılan evləri...

Sönən ümidləri...

Yağış qarışıq dolu yağırdı o gecə. Tanrı ağlamaqla qalmayıb, daş-qalaq edirdi sanki dünyadakıları...

Kimi həvəsdən, kimi həsəddən, kimi məcburiyyətdən, kimisi iradəsizlikdən köləsi olmuşdu bu bəzəkli iblisin...

Burada anasının pensiyasını, qadının zinət əşyalarını, maşınını, evini, körpəsinin süd pulunu, hətta dərman pulunu da uduzanlar var idi...

Burada həyatını, şərəfini uduzanlar da var idi...

Qumarxana...

Şəhərin gözəl hüsnünə vurulmuş çapıq!!!

Qapıdan gözlərini çəkə bilmirdi qadın...

Kimlər çıxırdı buradan kimlər... Ağıl susurdu, şeytansa gülürdü qələbəsinə...

Ağlayan, savaşan, qışqırışan, arsızca qəhqəhə atanlar kimlər, kimlər...

Varlılar, kasıblar, uşaqlar, gənclər, qadınlar...

Hər yaşdan yolçusu var idi bu qaranlıq yolun...

Qapı dayanmadan açılıb-bağlanırdı girənlərin, çıxanların sayı bilinmirdi.

Qadın gözlərini çəkə bilmirdi, iblisin pəncəsində ümid arayanlardan...

Burada işi nə idi, onu buraya gətirənlə işi nə idi...

Qərar verməli idi, getməli idi...

- Ana hardasan? Anaa ...

Diksindi Qadın, körpəsinə baxdı, ətrafına baxdı, mühiti düşündü, ictimai qınağı düşündü... Boşanmış qadına pis gözlə baxan ruhları eybəcərləri, “şərəf” başlıqlı cümlələrində qeyri şərəfi olmayanları düşündü...

Körpəsini köksünə sıxdı... Heç yerə getmirəm, heç yerə getmərəm qorxma, mən səni bu xəstə mühitdə yalnız buraxmayacağam...

# 2542 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #