Bilirsən, əzizim, qadınsız kişi,
Dişləri tökülmüş ağıza bənzər.
Yarıtmaz qadına aid bir işi,
- “Kontrabas” festivala yola düşür
- "İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir" - Samir Mirzə
- Tarixi həqiqətlərimiz ingilis ədəbiyyatında - Elnarə Qaragözova
Nə dediyi, nə yediyi bilinər.
Bilirsən, əzizim, qadınsız kişi,
Gecələr bayquştək yalqız ulayar.
Xatırlar qadınla olan keçmişi,
Yastığı, yorğanı yağıb, sulayar.
Bilirsən, əzizim, qadınsız kişi,
Siqaret, araqla başını qatar.
Çox acı, dəhşətli olar vərdişi,
Gecələr ağlayar, gündüzü yatar.
Bilirəm, əzizim, kişisiz qadın,
Qadınsız kişitək çox yetim qalmır.
Həsrət bildirsə də qadına dadın,
Qadınsız kişitək yatağa salmır.
29.06.2014