Gecə durub gördüm qayınanam qazanın içinə...

Gecə durub gördüm qayınanam qazanın içinə...
9 iyun 2014
# 15:05

Fatimə İbrahimova

Qayınanam gəldi, qazanımıza işədi getdi

Qadın üçün ən böyük işgəncə pinti qayınananın gəlini olmaqdı. Çünki bu həmin qadının artıq əvvəlcədən bədbəxt olması deməkdir. Təsəvvür edin, onunla eyni evdə qalırsınız və qayınananızın pintiliklərinə dözə bilmirsiniz. Ona təmizlik haqqında qanunları izah etmək isə artıq sizə düşməz. Hələ bu azmış kimi bunun haqqında ərinizə şikayətlənsəniz qayınananızın ömürlük düşməninə çevriləcəksiniz. Təsəvvür edin ki, ondan qurtuluş yoxdur. Çox tragikomik səhnədir.

“Gecə duranda gördüm ki, dəhlizdə xörək qazanımıza işəyir”

Qayınanasının pintiliklərinə dözməyən gəlinlər haqqında az eşitməmişəm. Bir dəfə yeni ailə quran qohumumla dərdləşirdik. Ondan evlilik həyatından barədə soruşmaq istədim. Elə başlayan kimi qayınanasının analoqu olmayan hərəkətindən gözü dönmüş öküz kimi danışdı. Dedi: “Evlilik pis getmir. Amma qayınanam hər dəfə bizə gələndə əsəbiləşirəm. Ərimə də deyə bilmirəm ki, anan bizə gəlməsin. Axı bunu necə deyim?! Hər dəfə o gələndə səhərə qədər oyaq qalıram”.

Soruşdum ki, ay qız niyə, yazıq qadın nə edib?

Verdiyi cavabdan sonra nəyə görəsə, gülməyimi saxlaya bilmədim. Dedi:

- Hər dəfə qayınanam bizə qonaq gələndə mütləq bir pintilik edir. Ötən dəfə də gəldi, qazanımıza “işədi” getdi. Gecə duranda gördüm ki, dəhlizdə xörək qazanımıza işəyir. Görməzdən gəlib yerimə girdim. Səhər də durub görürəm ki, qazan heç nə olmamış kimi yerindədir. Əgər mən gecə durub görməsəydim səhər bu qazanda xörək bişirəcəkdim. Axı belə olmaz.

Çox ağır dərddir, elə deyilmi?

Bu “qazan məsələsi” haqqında apardığım kiçik araşdırmadan sonra bəlli oldu ki, sən demə, zavallı qayınananın yaşla əlaqədar müəyyən problemləri var. Oğlunda həyət evi olduğundan ayaqyolu həyətdə, evdən bir az kənarda yerləşir. O, isə gecə həyətə çıxa bilməyib. Əlinə keçən ilk şeylə (qazanla) məsələyə nöqtə qoyub. Ardınca qazandakı mayeni harayasa boşaldıb və heç nə olmamış kimi yenidən yatağa qayıdıb. Gör bu qayınana nələri murdarlamayıb...

Əgər onunla bir evdə yaşasaydı...

Əslində, kiçik səslənə bilər, amma ağır dərdir. O gəlinin necə əsəb keçirdiyini təsəvvür edirəm. Amma o müəyyən qədər şanslıdır. Çünki qaynanası sadəcə ayda-ildə bir dəfə qonaq gəlir. Siz görün bir evdə bu cür qayınanalarla yaşayanlar nə əzab çəkir, nə əsəb keçirirlər.

Evdə pişik saxlayıb, pintilik edib bununla gəlininin getməsini istəyən qayınanalar da az deyil...

Bir dəfə telekanalların birində belə bir şikayətçi gördüm. Xanım verilişdə dərdini danışanda dedi ki, qayınanam evdə 25-30 pişik saxlayır. Yaşamaq mümkün deyil. Bəli, gəlin o evə sonradan gəlmiş qonaq, qayınana isə daimi sakinidir. Onun seçiminə, etdiklərinə qatlanmaq məcburiyyətindədir. Amma qayınananın məqsədi pişik saxlamaqla gəlini bezdirib, ailəni dağıtmaqdırsa, artıq buna söz tapmıram.

Gərək seçim edərkən birinci qayınanaya nəzər salasan...

Biz qızlar seçim edərkən ancaq sevdiyimiz insanı araşdırır, onu tanımağa cəhd göstəririk. Amma gərək ən birinci sevdiyiniz insanın anasına diqqət edəsiniz. O yaxşıdırsa ( hər mənada) deməli zaval yoxdur. Əgər yuxarıdakı qayınanalarla bənzərliyi varsa, daha seçim sizindir. Unutmayın hər qayınana təkcə Cənnət xala kimi deyingən olmur.

# 3133 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #