Biz axtaran çiyinlər özgələrin yataq yeridi

Biz axtaran çiyinlər özgələrin yataq yeridi
30 yanvar 2013
# 18:42

Kürçaylı Məmmədov

Biz axtaran çiyinlər

Bir çiyin verin mənə,
başımı söykəyib
səhərə qədər ağlayacaq
bir şair çiyini...

Nilufər Muğantürk

Bütün bağışlamalarda
Bir qızın eşqi,
bir oğlan darıxmağı var…
Hələ gecələri demirəm,
Hələ çəkilməyən siqaretlərin tüstüsünü,
İçilməyən içkilərin dumanlığını,
Sübhədək musiqi,
xatirə sərxoşluğunu...
Sən də çiyin axtarırsan
Başını qoyub ağlamağa, dost.
Biz axtaran çiyinlər
çoxdan özgələrin yataq,
ümid yeridir.
Çoxdan çalınıb havası,
Başqa taleləri kiridir
biz axtaran çiyinlər...

Heç kim də
başını qoymaq istəmədi bizim çiyinlərə,
Öz çiynimizdə qaldı
başımız,
kədərimiz,
göz yaşımız...
Bir də bomboş umid yeri var,
ağrıdır hələ də,
ağırdır çiynimizdəki bu boşluq...

26.01.2013

***

Bütün vidalar insanlar üçündür,

Bütün ayrılıqlar insanlar üçün.

Vüsalı sevmədi insanlar,

Bütün vüsalların sonunda yol ayrıcı var deyə

sonu yoxdu ayrılıqların...

Vüsaldakı insanları sevmədilər....

Ayrılıqlardakılar,

vidalardakılar yadda qaldı ancaq,

Xatirələrdəkilər yadda qaldı...

Yadda qalıb

ağrıtdı içimizi zaman-zaman.

Sevdik ağrılarımızı,

Ayrılıqlarımızı sevdik,

Vidalarımızı sevdik,

Bir də tənhalığımızı,

Bir də bizi tərk edib gedəni...

Göz yaşı doldurub qədəhə

qaldırdıq hər gecə intihar şərəfinə...

25.01.2013

# 3511 dəfə oxunub

Oxşar xəbərlər

"Lolita"nın nəşr  macəraları...

"Lolita"nın nəşr macəraları...

15:00 19 avqust 2025
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
Əsərləri bütün dünyada sərgilənən azərbaycanlı rəssam

Əsərləri bütün dünyada sərgilənən azərbaycanlı rəssam

16:50 7 avqust 2025
Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

14:00 26 may 2025
Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

15:05 21 may 2025
Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər