Kənddə facebooka girən qıza necə baxırlar?

Kənddə facebooka girən qıza necə baxırlar?
9 may 2014
# 07:30

Əziz İslamzadə

Filankəsin qızı ağıllı, tərbiyəli, başıaşağı qızdır heç evdən ayağını çölə qoymur. Filankəsin qızı velosipeddə şəklini facebooka qoyub deməli qız tərbiyəsizdir. Əgər sən sosial şəbəkələrdə varsansa və şəklini qoyubsansa və kənddə bu xəbər yayılıbsa get özünü as.

Deməli sən pis qızsan, səni alan olmayacaq evdə qalırsan. Ərə getmək üçün təmiz ev qızı olmalısan. İnternet deyəndə nədənsə insanların ağıllarına pis bir şeylər gəlir. Nəyi nəzərdə tutduqlarını heç özüm də hələ ki, anlamış deyiləm. Evlənmədən öncə diqqət etsəniz qızların kontaktdan tutmuş sosial şəbəkələrdə profil şəkilləri, statusları avtomatik olaraq hər şey dəyişilir əvvəlki həyatlarından tamamən uzaqlaşırlar əslində buna görə qızları qınamıram buna məcburdurlar.

Əgər googleda qızın adı, familiyası tapılmasa, deməli həmin qızı almaq olar. Kənddə sevgili olmaq yasaqdır. Olsa da gizli şəkildə olur, amma inanın ki, bütün kənd bunu bilir. Sevgilisi olan qızlara heç yaxşı baxılmır. Təəssüflər olsun ki namus, tərbiyə anlayışı kənddə başqa cür qəbul edilir.

Qızın oğlan dostu olmaz. Dostlarıyla vaxt keçirsə sabah 100 cür söz söhbət çıxaracaqlar. Olmayanı danışacaqlar, yetər ki, çənə boş qalmasın.

“Vaxtıdır” anlayışı var. Bu da 18 yaşdır. Kənddə 18 yaşdan yuxarı yaşın varsa təbriklər, evdə qalıbsan, falçılara üz tut bəxtini açdır. Gülməli yox, ağlamalı vəziyyətdir. 18 yaşında olan qız nə öyrənib? Nə qazanıb? Hara tələsir? Ərə getməyə hazırdırmı?

Ata-anaya təzyiqlər olunur ki, artıq vaxtdır, qızını nə vaxt verəcəksən? İstəyəni yoxdurmu? Qlobal problem kimi sənin yerinə narahat olurlar, sanki çiyinlərində ağır yük qalıb. Valideynlər “nə vaxt qızımı verib qurtularam” düşüncəsiylə böyük narahatçılıq və qorxu içində yaşayırlar.

Başa düşmürəm həyatın anlamı elə ərə getməkdədirmi? Bəlkə kimsə belə daha xoşbəxtdir sərbəst yaşamaq istəyir. Onun ərə getmək yox başqa düşüncələri var. Mənə görə 18 yaş, 25 yaşla əvəz olunmalıdır, amma ərə getmək yaşla məhdudlaşdırıla bilməz insanlar buna müstəqil qərar verməlidirlər. Belə birşeydə var əgər kimdənsə xoşun gəlirsə ürəyində saxla bunu yoxsa kəntdə 1 həftə içində səndən xəbərsiz “hə” alırlar və toyun vaxtını da təyin edirlər. Kənddə xəbər işıq sürətilə yayılır. Birdə belə mövzu var, bax, sənə deyirəm, heç kimə demə, aramızda qalsın. Toy dedim yadıma düşdü, toydan 1 ay keçməmiş qaynana və yaşlı nəslin ürəyinə qurd düşür. İllərlə gözləyirmişlər kimi bilmək istədikləri bir şey var. Hələ oğlan, qız mövzusu var, ora girmirəm.

Kənddə elçi gələndə qızın fikrini soruşan yoxdur. İlk ata-ananın xoşuna gəlir, bəyənirlər bütün nəsli axtarışa verirlər ata-ana aralarında razılığa gələndən sonra xətrin qalmasın qızdan da soruşurlar, qızın razılaşmamaq kimi şansı yoxdur. Qız evə qırğın salır, ata-ananın ilk sualı bəlkə istədiyin var bizdən gizlədirsən olur. Nəysə başınızı ağrıtmayım qız ya damarlarını kəsməli, ya da satılıq mal kimi getməlidir. Və ya tutaq ki oğlan bunların tanımadığı birini sevir və məsafəcə uzağdır oğlanın ailəsi tanımır eləmir bu iş ömrən olmaz. Niyə?

Axı adət -ənənə var ana oğluna qız bəyənməlidir bütün nəslini araşdırmalıdır oğluna görsətməlidir ele bil özləri üçün alırlar bu qızı. Ama kəntdə oğlan doğuldunsa buna sevin çünki qızlardan daha şanslısan.

Təəssüflər olsun ki ailələr öz övladlarının xoşbəxtliyini öz yanlış düşüncə və qərarları ilə əllərindən alırlar ama övladının xoşbəxtliyini ən çox isdəyən elə valideynlərdir. Sabah qurulan ailələr xoşbəxt olmuyanda problemlər olanda nəsli tapmaq olmur nədəki valideyn bir kömək edə bilmir.Buraxında övladlarınız öz qərarlarını özləri versin yanlış qərar versə belə ən azından bu səfhi özü etmiş olacağ və insan səfhləri nəticəsində öyrənir daha olqunlaşır. Ən azından övladınız hər səhər açılanda sizi təqsirkar kimi günahlandırmayacaq.

Kəndin hər bir üzvü Best model of the world-dən daha məşhurdur. Çünki həmin şəxs digərləri tərəfindən daim izlənilir. Kəntdə özünə görə yaşamırsan ancağ başqaları necə düşünər mənim bu və ya digər hərəkətimi necə qəbul edərlər. Bu yaşamağ deyil bədbəxtçilikdir. Anlamıram axı kimin həyatından kimə nə? İmkan verin insanlar isdədikləri kimi xoşbəxt yaşasınlar. Heç kimə kəntdə gündəmə gəlməyi arzulamıram.

Kənd düşüncəsinə görə məndə ailəmin adına söz gəlməsin deyə yuxarıda yazdığlarıma əməl etməliyəm. Düşüncələri dəyişmək çətindir birinci dərəcəli qohumlar olanda hətta imkansızdır L Mənim vecimə deyil bütün bunlar ama yaxınlarada bunu başa salmağ hər şeyi ignore elemeyi öyrətmək çətindir. Kəndin yazılmamış qanunlarından kənara çıxmaq olmaz. Sanki beyin yüklənib ancağ format olunsa bərpa olunar. Bütün bunlar məni sevdiyim yerdən uzaqlaşdırır. Doğulduğum yeri bəyənməmək deyil bu sadəcə 90% bu düşüncəylə olan insanların arasında yaşamağ bədbəxtçilikdir. Yazdıqlarım bütün kənd ailələrinə aid deyil təbii ki.

# 2092 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #