Suriyada döyüşən atanın qızına hədiyyəsi

Suriyada döyüşən atanın qızına hədiyyəsi
5 yanvar 2015
# 12:10

- Ata...!

Gözlərini zorla aça-aça atasının üstünə atıldı. Nəhayət atası qayıtmışdı. Ata qızını bağrına basdı, öpdü, oxşadı, nazını çəkdi. Sonra çantasını açdı və qiymətli oyuncaqları bir-bir ona göstərməyə başladı.

Uşağın gözləri parıldadı və o sevincdən içini çəkdi və atasının boynunu qucaqladı. Sonra bir-bir oyuncaqlara tamaşa etməyə başladı. Birdən gözü atasının gətirdiyi gəlinciyə sataşdı. Tez götürüb baxdı və o qədər xoşuna gəldi ki, bağrına basmaqdan özünü saxlaya bilmədi. Bir azdan sonra o ətrafını unudaraq gəlinciklə oynamağa başladı. Ata da hamama getdi, yol yorğunluğunu çıxardı, çıxıb əyninə rahat paltar geyindi.

Həyat yoldaşı da çox sevinirdi. Sevincdən gözləri parıldayır, üzü gülürdü. Sağına-soluna keçib ərinin qulluğunda durur, arabir səfərinin necə keçməsi barədə ona suallar verirdi.

Elə ki, yemək hazır oldu, qızı gəlincikdən ayırmaq mümkün olmadı, elə hey deyirdi ki, indi gəlirəm. İkilikdə süfrəyə əyləşdilər. Arvad ərinə dedi, şükür, sağ-salamat qayıtdın, oradan salamat qayıtmaq ancaq səni kimi igidlərə nəsib olar. Əri də bunu eşidib fəxrlə gülümsündü.

Bu vaxt qızı əlində gəlincik, qaşları çatılmış halda atasına yanaşdı və gəlinciyin donunun iç üzünə yazılmış bir yazını göstərib dedi:

- Ata, səndən küsdüm. Sən mənim adımı belə tez yaddan çıxarmısan? Axı mənim adım Nigardı...

Ata bir şey başa düşməyərək, qaşlarını çatdı, təəccüblə onun göstərdiyi yazıya baxdı. Ərəb hərfləri ilə yazılmışdı:

“Xədicə binti Cəfər”, yəni Cəfərin qızı Xədicə...

Ata Suriyadan qayıtmışdı. Bu gecə onların evində şadlıq idi. Xədicə isə onun dağıtdığı evin altında qalıb, can vermişdi...

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #