Hansını sevəsən bu iki dostun?

Hansını sevəsən bu iki dostun?
14 dekabr 2012
# 16:27

Aynur Camıyeva

Dostluğum qəbiristanlığa dönüb. Başdaşlarına baxıram hamısı dik, məğrur. Ölməyiblər sanki, göyə ucalıblar. Torpağın üstündə ayrılmamaq üzrə tutulan əllər, yerin altına yol aldıqca tanınmazlığa qərq olurlar. Qalanlarmı vəfasız, gedənlərmi? Gedənin əlində qalanın əl izi soyuyur ... soyuyur... don vurmuşcasına zamanla hissiyyatdan məhrum olur. Və o Zaman zamanla unutdurur.......

Yaranan yeni dostluqlar vardır köhnə dostların sayəsində qurulan. Köhnə dostlarla qurulan bağlar möhkəm olur, unutmağı, unudulmağı düşünmürsən. Biri deyəndəki sən mənim yaxınımsan, dostumsan bu insan da mənə yaxındı, ürəyimin qapısını döyüb. Səndə tanış ol. Sevgi dolu gözlərin şahidi olmaq. Necə də zövq verir insana. Ən gözəl, başa salınması çətin olan o duyğuları iki insanın simasından oxumaq. Bu insanın yaşamağına ümid verir, insani duyğuların ölmədiyini anlayırsan. İnsanların bir-birinə dəyər verməsi necədə gözəldi.

Böyük məmnuniyyətlə qəbul edərsən. Ömür boyu davam etməsini diləyərsən.

Bəlkə bir çoxları üçün qiymətdən düşmüş dostluq anlayışı sənin üçün ən üst zirvədədir.

Bilərsən, bir sözündən anlayarsan necədir, xoşbəxtdirmi, ürəyimi sıxılır?... Soruşarsan ... Gözümə xoş dəymirsən ...danış. Sənə o xoş sözləri deyən dil dodaq indi hər şey bitdi deyir. Üzülərsən ...səbəblərin heç bir önəmi yoxdur Sevgiylə baxan o gözlərin alovu sönüb , pərvanəsi ölüb. Onlar bir biri üçün yoxdu artıq... Ya sənin üçün ?

İkisi də dostun tanışın. Atmaq olmur ki. Necə atasan?

Bu qədər asanmış demə silmək. Sənə isə dostluğa qoyduğun hörmət, ona qarşı duyduğun sevgi yaranan münasibəti pozmağa icazə verməz .

Düşünərsən sadəcə, ömrü bu qədərmiş sevginin? Bir insanı görmək sevinci bu qədər qısa sürürmüş?

Cavab bəlli olsa da inanmaq istəmərsən. Kənardan baxıram bir tərəfi uzun illərdi tanıyıram, digər tərəfi isə onun sayəsində tanımışam. Onlar bir-birindən uzaqlaşa bildilər, indi yaddılar. Ancaq mənə ikisi də yaxın və əziz, hər ikisi də dəyərli.

Bəlkədə insanlar hələ nə istədiyini tam olaraq bilmir. Ölçüb biçmədən hərəkət edir. Ya da duyğusuzlaşıblar, sevgi də mənasını itirib. Elektronlaşmışıq, baş verənlər təsirsiz gəlib keçir həyatımızdan.
Ancaq hərəyə bir duyğunu qoruya bilsəydik, insan olduğumuzdan zövq alardıq.

Mən dostluğun bayrağını qaldırmaq istəyirəm, kirli əllərin toxuna bilmədiyi yüksəkliyə. Yaşasın, yaşasın o dostluq ki, zamanla hisslərimizin yox olmasının qarşısını alır.

# 2373 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #