Kölgədə kölgəni görmək olmur

Kölgədə kölgəni görmək olmur
23 oktyabr 2013
# 15:26

Ayşən Əhməd

Xoşbəxtlik qayğıları hər zaman insanla bir yerdədir. Lap elə insanın kölgəsi kimi. Düşünə bilərik ki, insan kölgəsi yalnız Günəş parıldayanda olur. Kölgədə kölgəni görmək olmur. Bir az dərinə getsək görürük ki, xoşbəxtlik elə Günəş çıxanda olur. Ya da əksi.

Biz xoşbəxt olanda hər tərəf Günəşli olur bizim üçün. Biz illəri itirə-itirə bəzən xoşbəxtliyimizi də itiririk o itən illərin içində. Özümüz fərqinə varmadan Günəşin qabağına bulud gətirib, qara buludların içində soyuqdan dona-dona istilik axtarırıq. Bəzilərimiz həmin buludlarda görürük öz xoşbəxtliyimizi. Beləcə Günəşlə bulud arasında çapalayırıq çox vaxt. Onları qarışdırmağa da çalışırıq. Çox vaxt elə qarışdırırıq da. İstəyərəkdən, ya istəməyərəkdən.

Bu gecənin yolunu gündüzün yoluna qatmağa da bənzəyir əslində. Amma çoxlarımız anlamaq istəmirik ki, hərənin öz yolu, öz vaxtı var. Zamanın çarxını itələyə-itələyə ya əvvələ, ya sonraya aparmaq istəyənlərimiz elə çərxi-fələyin fırlanan diyircəyinə düşür çox vaxt. Sonra da həyatın amansız fələyini qınayırıq. Axı biz niyə iki çarxı bir-birinə qarışdırırıq ki, sonucda saatın içindəki diyircəkli çərxə düşürük.

Yaradan lazım bilsəydi buludla Günəşi, gecə ilə gündüzü bir yerdə yaradardı. Onda elə bizim qarışdırdığımız kimi hər şey bir-birinə qarışardı. Biz də qarışardıq bir-birimizə. Heç ayrılmazdıq bir-birimizdən. Nə yaxşılığımızla, nə də pisliyimizlə. Onda nə mənası olar ki?! Axı biz xoşbəxtliyi ayrıldığımız adamla birləşəndə, pisliklərə yaxşılıqla cavab verəndə görürük. Deməli hamı, hər kəs, hər şey, bütün bəşəriyyət olmalı olduğu yerdədi. Sadəcə hərə özünə uyğun, rahat yol tapıb gedir.

# 2118 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #