Qayınananı öldürmək üsulu

Qayınananı öldürmək üsulu
23 iyun 2014
# 14:54

Mehriban Nağıyeva

Xəstəxana otağında qətl

Hekayədəki hadisə həqiqətən 4 ay bundan qabaq baş verib. Və bu hadisəni olduğu kimi təqdim edirəm.

Həmişə qorxulu filmlərdə görürdüm baş verən qətlləri. Heç vaxt ağlıma gəlməzdi ki, real həyatda bir qətlin şahidi olacağam. Xəstəxana otağında qətl... Yəqin elə bildiniz ki, bu qətli törədən ya həkimdir, ya da palataya gizlicə gələn cinayətkar. Yox, düz tapmadınız. Bu qətli törədən yazıq bibimin öz doğmaca gəlinidir. Dəhşətlidir, elə deyilmi?

Telefon zəng çaldı. Dəstəyi qaldırdım. Bacım həyəcanla bibimin xəstəxanaya qaldırıldığını dedi. Tez-tələsik oraya yollandım. Palataya daxil oldum. Bibim yatırdı. Hənirtimi eşidib gözünu açdı:

- Bəs demişdin sizə gələcəm?

Əlimi sıxıb dedi :

- Gələcəm, Allah qoysa.

Reanimasiyada yatırdı. Həkimlə görüşüb söhbət elədim:

“Bibimdir”,- dedim, həkim, əlinizdən nə gəlir edin.

Həkim:

- Qorxmayın, tezliklə sağalacaq. Bir az təzyiqi var. Başını tomoqrafiya etdik, qorxulu heç nə yoxdur. Bu qoşduğumuz sistemlər kömək edəcək.

Həkimin bu söhbətindən elə arxayın oldum ki...

Bibimi anam qədər çox istəyirdim. Hətta ona həmişə ana bibi deyərdim. Anadan artıq olmuşdu mənə. Hamı həsəd aparırdı, “kaş bizim də belə bibimiz olardı” deyirdilər.

Bibimin bircə oğlu var idi, çox ağıllı, tərbiyəli oğlan idi. Amma qarşısına elə pis həyat yoldaşı çıxmışdı ki...Çox qəliz adam idi. Əvvəllər həmişə bibimgilə gedəndə onun bibimlə necə pis davrandığının şahidi olmuşdum. Hətta bir-neçə dəfə mübahisə etmişdim. Haqsız olsa da, adamı az qalırdı öldürsün... Bibimin oğlu da elə sakit idi ki, arvadının öhdəsindən gələ bilmirdi.

Həkimlə söhbətdən sonra palataya qayıtdım. Gəlini başının üstündə dayanmışdı. Ona dedim ki, get bu gecə də mən qalım bibimin yanında. Təklifimi qətiyyətlə rədd etdi. Sən demə, planları var. Dedim, dünəndən yuxusuzsan, get evə dincəl. Dedi, yox, yox! Nə danışırsan?!

Birdən qeyri-ixtiyari xəyala daldı. Və özü də bilmədən, yavaşca, təəssüflə:

- O üçüncü sistem nə idisə, bu arvadı diriltdi.

Elə pis oldum ki, dedim, nə deyirsən?

Hövlnak yerindən dik atıldı: “Heç nə, heç nə” - dedi.

Maşına əyləşib evə yollandıq. Yol boyu elə hey gəlinin dodağı altda mızıldadığı, həm də təəssüflə dediyi sözlər beynimdə cingildəyirdi. Çox nigaran bir gecə keçirdim. Yatdım, Allah kəssin belə yatmağı. Elə bil yerimə od dolmuşdu...

Saat 5 olardı. Telefon zəng çaldı. Həyəcanla qaldırdım ki, bacım ağlayır. “Bibi ölüb” - dedi.

Dəhşət məni bürüdü. Ağlamaq, qışqırmaq istədim. Səsim çıxmadı. Heykələ dönüb yerimin içində oturdum. Beynimdə gəlinin təəssüf hissi ilə dediyi sözlər uğudayırdı:

“Üçüncü sistem nə idisə, bu arvadı diriltdi”

Tələsik durub geyindim. Maşına əyləşib bibimgilə getdik. Bibimin üzünü örtmüşdülər. Qohumlar ətrafına yığılıb ağlayırdı. Huşum başımdan çıxdı. Gəlini başda oturub saxta-saxta ağlayırdı. Ona əl atıb saçından sürümək, çoxlu şillə vurmaq istəyirdim. Camaatdan ayıbıma gəlirdi, yoxsa onu elə döyərdim ki...

Bacım astaca qulağıma dedi:

- Qoy saat 8 olsun, xəstəxanaya gedib hər şeyi öyrənəcəm.

Saat 8-ə qalırdı. Bacımla ayağa qalxdıq. Xəstəxanaya gedib bibimin həkimi ilə görüşdük. Həkim dedi ki, yiyəsi qanın qaşığa qoydu, bu saat xəstəni başqa xəstəxanaya aparmalıyam.

- Bəs siz niyə razı oldunuz?

- Ay qızım, yiyəsi deyəndən sonra mən onu necə saxlayım burda? Zorla saxlamalıydım?

- Axı, gəlini deyir sistemi getmirdi?

Həkim əsəbiləşdi:

- Qələt edir, hər şey normallaşmışdı. Düzdür, gələndə vəziyyəti ağır idi, 3-4 gün burda qalsaydı, sistemlər onu anadangəlmə edəcəkdi. Onlara xəbərdarlıq etdim ki, sistemi çıxsa öləcək. Qulaq asmadılar. O göygöz xanım xəstənin nəyi idi bilmirəm, amma sağalmasında heç marağı yox idi.

Mən ağlaya-ağlaya:

- Sizi aldadıb, başqa xəstəxanaya zada aparmayıb. Bir başa evə aparıb.

- “Nə danışırsız?” -Həkimin təəccübdən gözləri böyüdü.

Hər şey aydın oldu. Hönkürə-hönkürə xəstəxananı tərk etdik. Əlimdən nə gəlirdi? Evə gedib dərdimdən ağı deyə bilərdim ancaq.

# 2547 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #