Yenə də yovuşa bilmədiyim

Yenə də yovuşa bilmədiyim
20 iyun 2014
# 15:08

Seyid Aynur

Görəsən, niyə, axı, qara geyir adamlar?!

“Sənə şükür, ay Allah,

Şükür sənə , İlahi,

Nə yaxşı gülü torpağa,

Yağışı buluda həmdəm yaratdın!

Ancaq bu 100 ildir ki, unutduğun,

Ağlamağı sellərdən öyrənmiş bəndənə,

Gözlərini ovuclarına sıxacaq,

Həmdəm, sirdaş göndərmədin,

Elə hey, həmdərdləri yolladın!

Ey, unu buğdanın canından çıxaran,

Suya və çarxa yazığı gəlməyən, dünya,

Barışmışam artıq sənlə, dostam daha,

Ancaq yenə də yovuşa bilmədiyim,

O qədər dərdlərim var ki...”

Necə çətindir mənə,

Bir bilsən insan olmaq,

Asandır yarpaq kimi,

Boz quşa budaq kimi,

Calaq olmaq ağaca,

Vallah, yaman ağırdır,

Adam olmaq balaca!

Yığsam günahlarımı,

Kilidləsəm otağa,

Qoysam arzularıma,

Keçilməz sərt qadağa!

Vallah, yaman ağırdır,

Adam olmaq adama!

Sevirəm səni belə,

Saçlarını darama

Bu tez-tez dəyişməyin,

Çətin gəlir adama

Vallah, yaman rahatdır,

Adam olmaq avara!

Qırıla fələk, çarxın,

Yordu məni suallar

Görəsən, niyə, axı,

Qara geyir adamlar?!

Vallah yaman qəlizdir,

Adam olmaq, adamlar!

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

15:05 21 may 2025
Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
#
#
# # #