Göz yaşları necə yox olur?

Göz yaşları necə yox olur?
11 aprel 2013
# 16:31

Rüfət Soltan

Quşun göz yaşları

Çox qəribə tale yükü haqlayıb məni...

Bir ağac vardı, qocaman bir budağa sahib qılınmışdı. Bir quş isə göylərdə şaxə vuran ağacdələn. Hər gün kənarlarda - təbiəti gəzər, sonda qayıdıb bu budağa sığınardı. Onunla söhbətlər yürüdür, arabir mübahisələri də tüğyana verirdilər. Bəzən o danışır ağacdələn isə sadəcə dinləyirdi, bəzən isə o danışır ağacdələn səbəbsiz yerə onu dimdikləyib yaralıyırdı.

Bəzən isə heç bir məntiqə sığmayan əsəbini ucuza satıb fərqinə varmadan onu daha çox yaraladığını görməz olmuşdu. Bir gün şahidi oldu ki, üzərində yuva qurduğu, həmyoldaşı, həmsöhbəti olduğu budaqdan yaş damcıları axır. O ağlayırdı. Ağacdələn isə elə hey nədənsiz davranışlarıyla ona daha da böyük zərbə vurduğunu görməyəcək qədər kor olmuşdu.

Özündən soruşur:

- Belə dostmu olar? Həmin budaqdan heç zaman yarpaq yerə düşməzdi, görünür nadir hadisə baş vermişdi.

Bunu görüb dərhal aşağı qanad saldı ki, yerə düşən bir - iki yarpağı götürüb heç olmazsa yuvasına yığar, kiçik evini daha da gözəlləşdirər. Eləcə budağın aşağısına, yerə sarı enmişdi ki, qanadları üzərilərinə düşən kiçik damcıları hiss etməyə başladı.

Bax o zaman uzun müddətdir bir – birilərinə bağlı yaşadığı bir budaqda iz qoyduğunu anlamışdı ağacdələn. Bunu görüncə qanadlı yoldaşın gözləri biixtiyar parıltıya qərq oldu, çəmənliyin torpağı isə göz yaşına tuş gəlmişdi. Ən azından özünü haqlayan acı peşmançılığın nə yaxşı ki, tədavi olunacağına inanmışdı.

Əcaba, yaralanmış budağın kədərinin qarşısını ala biləcəkdimi? Bax bu zavallı quşcığazı çox düşündürürdü. Sonda qərara gəldi ki, üstünü örtən lələklərindən bir neçəsini qoparsa onları bir tənzif vasitəsi qismində istifadə edib səbəbkarı olduğu kiçik yaranı sağalda bilər. Belə də etdi... Ancaq lələklərini dimdiyinə aldıqdan sonra uça bilməyəcəyini anlamışdı o an...

Tez bir zamanda yuxarı qanad çalıb o budağı - dostunu, canımı, axan şirədən (onun göz yaşları) xilas edəcəkdi. Çox cəhd elədi, amma ki, bir arşın belə yüksəyə qalxmağa nail ola bilmirdi. İndi isə bu balaca quşcığaz da göz yaşı tökürdü. Eyni anda yoldaşının göz büllurlarını üzərinə damcıladırdı, o yaşları - təbiətdə var olan möcüz ağac şirəsini torpağa belə qısqanırdı.

Bədəni islaq vəziyyətə gəlmişdi. Artıq lələkləri yerində olsa belə uça bilməsi bir müddət mümkünsüz sayılırdı. Beləliklə onların hər ikisi ağlayırdılar. Bir çarə olmalıydı bu dərdə. Yox! Mümkün deyil!..

Lakin, ümidlərin tükənəcəyi bir vaxtda, inam atəşinin sönməyə yaxınlaşdığı ərəfədə yeni bir hadisəyə şahid oldu ikisi də: Bir müddət ağlaşmaların ardından budağın yaralanmış hissəsi qartmaqla əvəz olunmuşdu. Onun göz yaşları dayandıqdan sonra bir zaman məsafəsi daha keçdi və ağacdələnin tamamilə yaşdan qurumuş zərif geyimi də yeniləndi artıq - qanadları yeni lələklərin çıxmasıyla bərpa olunmuşdu.

Artıq hər ikisi də əvvəlki tək rəngarəng təcəssümə boyanmışdılar. Bir müddət uçmağı yadırğasa da yenidən bu uçuşu, səmaya qalxma hərəkətini böyük sevgiylə cəhd etməyə çalışdı və bacaracağı təqdirdə böyük sevinclə budağa sarı qanad qaldırdı. Görünür zaman tarixi, təkrar şəkildə onlara yaşatmışdı...

“Bəzən bir yaxının səndən inciyərkən bu incikliyi bərpa etmək üçün tələsmək, əksinə hər şeyi kor qoya bilər. Zaman isə böyük qüvvədir, o bizə öyrətdi ki, gözlədikcə hər bir nəsnə ardıcıllıqla düşünülür, hər şey bərpa olunur, göz yaşları da beləliklə silinib yoxa qərq olunur. Nə xoşbəxtdir xoşbəxt olanlar...”

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #