Nə gözəl əsir insanlar...

Nə gözəl əsir insanlar...
19 iyul 2017
# 11:44

Furqan

tərs şeir

bura zibil atmayın

yazılan yerə atılır

məhəllənin bütün zibilləri...

siqaret çəkmək qadağandır

yazıldığına görə

siqaret qutusunu

yan-yörəsinə baxıb

çıxarır cibindən

yaşlı dayı...

əlillərə, qocalara,

uşaqlı qadınlara yer verin

söyləməsinə baxmayaraq

metrodakı qadın səsinin,

qucağındakı körpəylə

yıxılmamağa çalışır

bir ana...

və mən də həmin vaqonda

qapılara söykənib

yazıram bu şeiri...

acı

1.

meşələrə acıyıram:

hər ağac odun ola bilər -

yəni satıb pula çevirmək üçün...

hər ağac kağız ola bilər -

yəni yazıb pula çevirmək üçün...

hər ağac tabut ola bilər -

yəni ölüb pula çevirmək üçün...

2.

döyüşçülərə acıyıram:

üzük taxmaq varkən,

avtomat tətiyi olan dairəni

şəhadət barmağında

üzük etmək də nə imiş?!

heyrət

küləyi heyrət bürüyüb:

nə gözəl əsir insanlar?

çat

bir damcı yağış istəyiylə

çatlaq-çatlaqdı torpaq...

geriyə dönüş istəyiylə,

döyüş istəyiylə

çatlaq-çatlaqdı Qarabağ...

bir ömür sülh istəyiylə

bütövdü, tamdı uşaqların gülüşü...

və adamların

nifrət-nifrət ürəklərində

çatlaq-çatlaqdı sülh...

# 2102 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən maraqlı Yeni il adətləri

Dünyanın ən maraqlı Yeni il adətləri

12:00 31 dekabr 2025
Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Paytaxtlar haqqında maraqlı faktlar

Paytaxtlar haqqında maraqlı faktlar

12:00 11 oktyabr 2025
Fahişələr, cadugərlər,  feministlər... - Servantesin "qadınları"

Fahişələr, cadugərlər, feministlər... - Servantesin "qadınları"

09:20 29 sentyabr 2025
"Lolita"nın nəşr  macəraları...

"Lolita"nın nəşr macəraları...

15:00 19 avqust 2025
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər