Marksın kolbasa dilimləri

Marksın kolbasa dilimləri
7 aprel 2017
# 13:29

Hikmət Cəfərli

Pul sədaqəti xəyanətə, sevgini nifrətə, nifrəti sevgiyə, xeyirxahlığı qüsura, qüsuru xeyirxahlığa, qulu ağaya, ağanı qula, səfehliyi ağıla, ağlı səfehliyə çevirir. Pul qeyri-mümkünləri bir-biri ilə qucaqlaşdırır...

İndi isə insanı bir insan kimi, onun ətrafla münasibətini isə insani münasibət kimi təsəvvür et: bu halda sən sevgini ancaq sevgi ilə mübadilə edə bilərsən, etimadı isə etimadla və s." (Karl Marks)

Cəlal Şengörün aykırı sorular adlı proqramda aparıcının Marksla bağlı sualına o, qızıl ürəklidir qızıllara görə də, qarşısını görə bilmir cavabını vermişdi.

“Baxın dolları da salmışam. Qızılın qiymətini də... Gəlin alın, sizə bundan artıq nə edim. Necə ki, mən varam siz yaxşı yaşamağa layiqsiniz. Baxın hamısı təmiz qızıldır. Atamın goru!!!”

Onu 3-4 dəfə oturduğum bütün kafelərdən qovduqlarını, başqalarının isə maraqla ona baxdıqlarını görmüşəm. Bəziləri girişindən narahat olub qaçır, bəziləri isə, əylənmək üçün onun danışdırılmasının tərəfdarı idilər. O, əslində heç də gülməli danışmır, sadəcə öz içindəkiləri an üçün olan düşüncələrini ifadə edirdi. Heç aşağı səviyyəli yumor ustaları qədərdə zarafat etmirdi ki, gülməli olsun. Amma ona kafedəki çox adam gülürdü. Hər dəfə də, biri ilə yaxa-yaxaya tutuşub girdiyi yerdən çölə atılırdı.

Dostumla marketin qabağında duranda ona tamamilə dəxli olmayan söhbətdə mənim gülüş səslərimi eşidən kimi, “Gülmə ha! Mənim gülən adamlardan xoşum gəlmir” - deyə qışqırdı. Ona əhəmiyyət vermədiyimiz üçün, həm də bir başqası onu çağırdığı üçün yoldan yarımçıq bizə çatmamış səs gələn tərəfə qayıtdı.

Nə isə, elə hardasa 10 dəqiqə sonra dostumla çörək almaq üçün girdiyim mağazaya gəldi. Yenə dolların, qızılın qiymətini aşağı saldığını bütün market əhalisinə elan elədi. Heç FES (Federal Ehtiyat Sistemi (Amerika Mərkəzi Bankı) dolların uçot dərəcəsi haqqında məlumatı belə təmtəraqlı bildirə bilməzdi. Amma onu yenə mağazadan çölə itələməyə başladılar. Cibindən 2 kolbasa dilimi, 2 ədəd 10 qəpiklik, salfetka, diş çöpü və balaca çörək dilimi yerə düşmüşdü. Əyilib onları cibinə təkrar topladıqdan sonra bu dəfə həmişəkindən fərqli olaraq özü mağazadan çıxdı çölə. Çöldə - “bunları da atıram yerə” - deyərək üzü o yana getməyə başladı.

MARKS dəli və yorğun idi...

Axşam xəbərlərdə dolların ucuzlaşdığını və ucuzlaşmaqda davam edəcəyini dedilər.

# 1936 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #