Metroda qulaqla söhbətim

Metroda qulaqla söhbətim
3 iyun 2014
# 16:53

Rüzgar Mövsüm

Bir qulağın fəryadı və ya təmizkarlıq düşmənləri

Metroda hər səhərki kimi adam əlindən tərpənmək olmurdu. Xeyli əziyyət çəkdikdən sonra, sanki can verə-verə bir təhər platformaya çatdım. Bir-iki qatar buraxdıqdan sonra nəhayət ki, bədənimi hissə-hissə qatara soxuşdura bildim, birinci ayaqlarımı, sonra əllərimi. Belimi və arxamı isə tanımadığım adamlar itələyib qatara yerləşdirdilər.

Çox sağ olsunlar. Adamın Alllahı var, bunlar adamı qatara elə itələyib salırlar ki, deyərsən peşəkardılar. Düzdür arxamdan itələyəndə sevmirəm, homofob deyiləm, sadəcə əsəbiləşirəm də, atam balası.

Uzaqdan maşinistin səsi gəldi “QAPINI BURAX!”. Bütünlüklə içəri sıxıldıqdan sonra, qapılar bağlandı və yola düşdük. Adam o qədər çox idi ki, sanki mozaika kimi qatarın içinə düzülmüşdük, kimisə çıxararsan, mozaikanın ahəngi pozulacaq. Bir-birimizə sıxılaraq, söykənərək, kərkinərək, bir-birimizin belində, qolunda uzanaraq tərli qatar havasından bala-bala udurduq. Qatar stansiyadan stansiyaya şütüyür, biz isə basa-basda basılmağa davam edirdik. Bu boz, basa-baslı səhər heç olmazsa bir az rəngli oslun deyə, qatara girməzdən əvvəl qulaqlığımı taxıb, mahnılara qulaq asmağa qərar vermişdim, əvvəl mahnı səslənirdi, amma sonra telefonun düyməsi cibimdə basıldı və mahnılar da kəsildi.

Gözlərimi yumub bir az mürgüləmək istəyirdim ki, bir səs məni yuxumdan etdi.

- Kömək edin!

Boylanıb heç kimi görmədim.

- Yəqin qulağıma səs gəlib, - deyə yenə gözlərimi yumdum.

- Kömək edin, yalvarıram kömək edin!

- Başımı qaldırıb yenə ətrafa boylandım, basa-bas digər tərəflərə baxmağıma imkan vermirdi və mən çaşmış halda bu nazik səsin haradan gəldiyini düşünərək, çarəsizcə basa-bas və mürgüləmə pozisiyama qayıtdım.

- Sizinləyəm, yalvarıram kömək edin.

Şübhə yox idi ki, kimsə mənə səslənirdi və ümidli bir tonla yardım diləyirdi. Birtəhər sağ tərəfə döndüm deməzdim, dönməyə meylli tərpəndim. Məni çağıra biləcək, səslənə biləcək heç kimi görmədim. Başımı yenidən sola çevirəndə gözüm kiminsə qulağına sataşdı, səs qulaqdan gəlirdi.

- Kömək edin!

Diqqətlə qulağa baxdım, bu səsin qulaqdan necə gəldiyi məni fövqəladə təəccübləndirmişdi. Dəli olduğumu zənn edərək diqqətlə adamın qulağına baxdım, qulağın içi poxla dolu idi, maye pox qulaqdan axıb ləkəsini salmışdı, sarı ləkələr qulağın 90% ərazisini işğal edərək sanki orada poxdan bayraqlarını ucaldmışdılar. İyrənc mənzərə və qulaqdan gələn səs məndə vahimə yaratmışdı. “Nəriman Nərimanov stansiyası” sözləri məni bu mənzərədən bir, iki saniyəlik ayırdı. Şübhəm yox idi ki, mən dəli olmağa başlamışdım.

- Deyəsən çox işləməkdən yorulub, üzülmüşəm, məni qara basır ya da başım xarab olur, - deyə öz-özümə gileyləndim, - Qulaq da danışarmış?

- Düz bilmisən, mənəm, qulaq. Bura bax, auuu, - səs məni yenə o qulağa baxmağa məcbur etdi, təkrar poxlu qulaq mənzərəsinə dönməli oldum. Mənə səslənən qulağa zillənib, bir təhər dil açmağa cəhd etdim

- Eee, axı...

- Olur, olur, əlbəttə olur, danışan qulaq olur, siz dəli olmamısınız, mən qulağam.

Başım giccələndi, - Hay Allah, nə zibilə düşdük? Belə şey olar? Qulaq da danışar? Danışan qulaq olar???, - deyindim

- Mənə baxın, sizin yardımınıza ehtiyacm olmasaydı, heç sizə səslənməzdim.

Artıq əmin olum ki, danışan qulaqdır və bu qulaq mənimlə danışır.

- Nə yardım? Necə olur ki, siz...

Qulaq sözümü kəsdi: - Olur qardaş, olur, lap əla olur, hətta bundan da betəri olur. Mənim qardaşım da adamlardan kömək istədi, amma heç kim onun dərdinə şərik olmadı, - kövrəldi, - sağ qulağı deyirəm, Aman Allah necə də ağır itkidir.

- Nə oldu?

- Öldü, onu bax, bu öldürdü, - adama işarə elədi, - İndi isə məni də ölüm gözləyir, qardaşım kimi mən də öləcəyəm – Qulaq ağlamağa başladı, bütün üz gözü pox idi.

- Sakit ol, axı dərdin nədir? Nə olub? Necə olub ki, sən danışa bilirsən? Necə yəni öldü?

Qulaq üzündən poxu silib, dərindən ah çəkdi:

- Qardaşım sağ qulaq idi, onu illərdir pox basmışdı, nə qədər kömək umudusa da, heç bir xeyri olmadı, poxun içində boğulub öldü, əvvəl bir az kar oldu, sonra tam tutuldu. Bir vaxtlar mən də adi qulaq idim, adi təmiz, qəşəng qulaq, hər gün yuyulurdum, qurulanırdım. Düzdür arada mənə şapalaq vuran da olurdu, əclaflar,- gözləri yaşardı, - amma pis yaşamırdım.

Mən də kövrəldim:

- Sonra? Bəs sonra nə oldu?

“Gənclik stansiyası”, - qatara səs yayıldı

- Sonra bu adam, hə bax bu, - əliylə adamı işarə etdi, - məni boş buraxdı, artıq məni əvvəlki kimi yumadı, qeydimə qalmadı, indi isə ayda bir dəfə yuyularam ya yox, özümə nifrət edirəm. Bəzən 2 ay çirk qalıram.

Başımı buladım, həqiqətən də vəziyyəti çox ağır idi, güclə danışırdı, ağzından pox axırdı, kiçik şəlalə kimi üzü aşağı tökülürdü.

- İndi məni təmizləməsələr, yumasalar mən də öləcəyəm, qardaşım kimi, Aay Allah, mən ölmək istəmirəm - əməlli zarımağa başladı

- Sakit ol, sakit ol- , yavaş-yavaş arxa cibimədəki yaylığı çıxarmağa çalışdım, ilk cəhdlərim boşa çıxdı, sonra bir təhər yaylığı əlimə aldım, - İndi bir şey fikirləşərik

- Qulaq sahibi kök, saçı tökülmüş, lopa bığlı bir kişi idi, gözlərini yummuşdu, o da mənim kimi mürgü vurmaq arzusundaymış, məndən fərqli olaraq bəxti gətiribmiş, qulağı ilə söhbət zamanı bir dəfə də olsa gözlərini açmamışdı, bəxtəvər, mən də mürgüləmək istəyirdim amma...

“28 May stansiyası” - və sərnişinlərin çox hissəsi qatarı tərk etməyə başladı, bir az rahatladıq.

- Sənə kömək etməyə çalışacam.


Qulaq sönük-sönük mənə baxdı, gözləri çox ümidsiz idi:

- N...ee...cəəə? , - ölüvay səslə cavab verdi.

Çarəm yox idi, qulağın tragedyası mənə çox təsir etmişdi, mütləq nəsə etməliydim, bir çıxış yolu tapmalıydım, mən bunu belə buraxa bilməzdim. Diqqətlə qulağın sahibini süzdüm, yarıyuxulu idi, tutacaqdan yapışıb dayanmışdı. Artıq Sahil stansiyasına çatmağa az qalmışdı və vaxt yox idi.

- Qorxma, mən səni xilas edəcəyəm, - qulağa göz vurdum, - ürəyini buz kimi saxla, nə olar, olar, təki sən var ol!

- Bu yaxşılığını heç bir zaman unutmayacağam - , qulaq özündən getdi, güman ki, komaya düşmüşdü.

Qatar Sahilə çatırdı, yavaş-yavaş kişiyə yaxınlaşdım, artıq məqam idi, gözlənilmədən atlanıb boynuna mindim, bunu elə tez etdim ki, deyərdin, bunun üçün hazıqlıq keçmişəm. Kişi qışqırdı, camaat hamısı mənə baxmağa başladı “Aaaaa”, “Neeyniyir bu?”, “Dəlidi ee”, - kimi sözlər qatarı bürüdü. Kişinin boynundan tutub, yaylığımı qulağına saldım, müqavimət göstərməyinə baxmayaraq boynundn çox güclü yapışmışdım, nə istədiyimi lap aydın bilirdim, bu qulağı poxdan azad etməyin vaxtı gəlmişdi. Bir qulaq bu qədər pozlu olmamalıydı. Boynuna çıxar-çıxmaz üfunət iyi aləmi basdı, adamlar da burnunu tutdu, bütün qatardan pis iy gəlməyə başladı.

- İndi sənə göstərərəm, qulaq qatili olmağın cəzası nədir, - yaylığı düz həmin sol qulağına saldım, qulağa giriş “fırç” səsiylə müşayət olundu.
Kişi əlimdən tutub, mənə mane olmağa çalışırdı, bütün sərnişinlər mat-mat olanlara baxırdılar, “Bu adam dəlidir, gicdir” qışqırırdılar. Yaylığı 5, 6 dəfə kişinin qulağına salıb, çıxardım, qulağı daha da rahat tutub, təmizləməyə başladım, iş yaxşı gedirdi, butun yaylığım pox içindəydi. Sevinirdim, sayəmdə bir qulaq xilas olmuşdu. Kövrəlmişdim, ətrafda heç kəs nə baş verdiyini anlamırdı. Kişi isə hey qışqırırdı, səsi bütün qatarı götürmüşdü.

“Sahil stansiyası” - sözləri məni yuxudan oyatdı. Tutacaqdan bərk-bərk yapışıb yuxuya getdiyimi gözlərimi açdıqdan bir, ikis saniyə sonra anladım. Qatardan çıxmağa hazırlaşanda biri diqqətimi cəlb etdi. Önümdə üfunətli, pinti, kök, saçı tökülmüş bir kişi dayanmışdı. “Bomj” deyildi, sadəcə pinti idi.

# 3051 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #