De, yalandan sevdim səni

De, yalandan sevdim səni
13 may 2014
# 07:30

Seyid Aynur

Qış ömrünün qürub çağında

Salam, ey yaşıdım olmayan tanış,

Bu həsrətin sanki, uzun gecədir

Şıltaq gəncliyimin burulğanında,

Sınıq qayıqlar tək üzmək necədir?

Baxmaq cavan qızın bəxt güzgüsünə,

Çətindir, çətindir yaşlı üzünə

Dönüb bacasının dam tüstüsünə,

Göz qoymaq daş üstə hər elçisinə.

Tər bənövşə kimi, o, zərif, incə,

Sən onun yanında kobud budaqsan

Eşqdən bixəbər qıza gəlincə,

Ona keçmiş qədər yadsan, uzaqsan.

Sənin ürəyində dəli ehtiras,

Onunsa gözləri yaman məsumdur

Könül qapısına qara qıfıl as,

Bakirə dodaqlar baxma, susuzdur.

İnandırma vədlə, şirin dillərlə,

Çıxarmaq istəmə onu yolundan

Balaca barmaqlar elə kövrəklər,

Əzizləməz səni körpə qoynunda.

Arzular yelləncək qurub oynayır,

Sənsə qış ömrünün qürub çağında

O, niyyətlər tutub göyə yollayır,

Uçan qağayının qanadlarında!

Söz ver, evə avqustda gəl!

Getdin sən, şıltaq Talenin,

Əllərini kəsdi bıçaq

Qana boyadı, ağrıtdı

Bıçağın o iti ağzı

O vaxtdan üfürər suyu,

Yanmışların süddən ağzı

Nə olar, gəl, gəl, asta gəl,

Söz ver, evə avqustda gəl!

Əlcək taxır əllərinə,

“Qəmsiz” olur, o, gündüzlər

Şair olur, dahi olur,

Bu biçarə bəxtsizlər

Nə olar, gəl, gəl, asta gəl,

Söz ver, evə avqustda gəl!

Baxışlardan narın-narın

Ürəyimin aynasına,

Neçə ildir nifrət damır.

Yalvarıram de yalandan

De ki, hərdən sevdim səni.

Məcnun olub səhralarda,

Göydə, yerdə gəzdim səni,

Nə olar, gəl, gəl, asta, gəl,

Söz ver, evə avqustda gəl!

# 2319 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #