Sənsiz keçən günlərim…

Sənsiz keçən günlərim…
13 yanvar 2015
# 16:11

Güzgüdə əksimə baxıram! Bu mənəm??? Yox bu “o”dur. Mən “sən”əm… Gizlətmişəm öz mənimi… Bir ümidim belə yoxdur. Axı necə olsun?


Dönüşü olmayan yoldayıq. Qayıda bilməyəcəyim bir yola gəlmişəm. Bəs niyə? Səbəb nədir?


Sən orda mənsə burda… Hərdən nəfəsim daralır. Havam çatmır. Yaşayıram amma buna yaşamaq deyilərsə.....
Bir anlıq yanımda ola bilsəydin… Bircə saniyəlik... Əllərindən tutsaydım, qoxunu içimə çəksəydim! Baxsaydım gözlərinə və heç vaxt ayrılmasaydıq…


Səni necə unuda bilərəm? Əsla… Amma, məni incidir bu həsrət acısı.... Tək bir şeyə peşmanam. Səni görə bilməməyimə…Yaxşı ki, yuxularım var, Şirinquşum… Səni onlarda görürəm!
Görəsən sən nə fikirləşirsən?!


Bu çəkilməzdir… Hər saniyəm sənli xatirələrlə doludur.

Bu gün artıq 40 gündür ki, yoxsan… Sən məndən, bizdən ayrıldın, amma mən hər gün, hər saniyə sənə bir az da olsa yaxınlaşıram… Bilirsən, ən son evinizə getdiyimdə inana bilmirdim ki, sən çıxıb məni qarşılamayacaqsan… Sənsiz soyuq idi o ev, Afərim… Səni görmədən orda oturmaq gözlərimdən axan hər damla yaş idi…

Bəlkə bu zamanda “DOST” sözü o qədər adi görünür ki, çoxlarına da, bu sevgi adi gələcək. Ancaq bu zamanda da əsl dostluqlar var… Mənim mələyim 6 il mənə qarşı soyuq olub… Çünki istəməyib ki, bilim o nələr çəkir… Təsəvvür edin gəzən, deyən, gülən həyat dolu bir qız bir anda ətrafdan təcrid olur… Bunları öyrənəndə insanda qəlb qalar? Evinizdə olanda, mələyimin anası onun nələr çəkdiyini danışdı… Bunları eşitdikcə gözlərimdən yaş özlüyün axırdı… “Ata, mən gəzmək istəyirəm” sözünü dediyini eşidəndə içim parçalandı… Sən o balaca qəlbinə, böyük çətinliklər sığdırmısan…

Mən ondan incimişdim və qərar vermişdim ki, daha onu narahat etməyəcəm… Lakin 6 ildən sonra bizim ilimiz olan at ilində son doğum günü təbrikini yazmışdım ona… Bu təbriki isə o biləndə şəklimi öpübmüş və yenə mənə heç nə deyilməsini istəməyib…

Çox təəssüflənirəm… Sənsizliyin acısı inan ki, bu yaşadək məni incidən ən böyük acı oldu… Və bilirsən sənsiz keçən günlərimdə nələr var? Göz yaşı, həsrət, peşmançılıq, təəssüf və kaş ki…

Və mən yenə də deyirəm, hər dostluğun göylərdə bir mələyi var. Yer üzündə pozulmuş hər dostluq üçün, göy üzündə bir mələk ağlar. Sənə söz verirəm ki, bizim mələyimiz heç vaxt ağlamayacaq. Və sən hər zaman mənim qəlbimdə olacaqsan, məni tərk edib getsən belə… Onu da bil ki, nə qədər bu həyatda varamsa sən mənimləsən, yanaşıyıq: Fidan və Afər…

Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu… (Baba Vəziroğlu)

# 6068 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #