Gözlərim yol çəkir…

Gözlərim yol çəkir…
30 sentyabr 2013
# 13:20

Bu dəfə yolumu səndən saldım, qələmim səni yazmağa yol aldı.

Kimisinə görə uzun, kimisinə görə qısa yol. Bəzən biz səni seçirik, bəzən sən bizi seçirsən. Hamı sənindir, sənin yolçundur amma sən hamının deyilsən. Kimini yarı yolda qoyursan, kimini mənzil başına yetişdirirsən. Hələ yolun başlanğıcındayıq, amma bilmirik nə vaxt başladıq bu yolu….başlanğıcıdırmı həqiqətən?....

Bəlkə də ömür yolumuzu uzun seçərdik, xoşbəxtliyimizə aparan yolu qısa, arzularımıza gedən yolu hamar, istəyimizə, məqsədimizə irəliləyən yolu saf, döngəsiz, kəsişən yol olmayan seçərdik…..

İstəmədən getdiyimiz yollar səndən də keçirik, ayaq sürüyə-sürüyə, istəksizcə….

Nəticəsini bilmədiyimiz yolu da əlimizə alıb gedirik, nigaran.....tərəddüdlə....

Üzümüzə yeni qapılar açacağından əmin olduğumuz yolu da gedirik, sevinclə.....həyəcanla.......

Fərqli-fərqli duyğularımızla səndən keçirik, amma hər dəfəsində tapdalanan sənsən, istəsən də istəməsən də.....

Səndə hər birimizin ayaq izləri var. Biz həyat yolumuzu səndən kilometrlərlə getməklə yol edirik. Çoxumuz bu yolda sadəcə vaxt, zaman itiririk, boşa getmiş metrlər, ölçülər olur bizə qalan. Bəzimiz yalnız qarlı yollarda addımlamış kimi oluruq səndə heç bir iz qoymadan.....Bəzimiz palçıqlı, çamurlu yollarda......ləkəsi, çirkabı özümüzdə qalıb, səndəsə gün vuran anda quruyub qalmadan toz olub sovrulan bir iz qoyuruq.....

Düşüncələrimizin yolu bir anda çatır mənzil başına....Ani sürətlə dünyanın o başına gedirik hətta qayıdırıq da......

Bu qədər müxtəlifliyin arasında bir də gozlərimlə yol çəkdim “sən” adlı yol....Bu yolda heç bir yol nişanları, işarələri, heç bir qayda-qanunlar yoxdu....Göz işlədikcə uzanan, düz amma rəngli yol....

Səni gedirəm.....Sənin yolunu......

Həm fikrimdə gedən yol yoldaşı, həm arxamca su atıb yola salan, həm yolun sonunda məni qarşılayan.....

# 2479 dəfə oxunub

Oxşar xəbərlər

Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

16:30 17 may 2024
# # #