Şairlərdən iyrənirəm

Şairlərdən iyrənirəm
3 oktyabr 2014
# 15:37

Seyid Aynur

Kaş, bilsən mən olmaq necədir, necə?

İlahi, göyün də qapısı bağlı,

Bu tənhalıq azca vərdişə dönüb,

Qopub ağacdan cüt yarpaq yerə,

Neçə sevənlərin çiynində ölüb.

Kaş, bilsən mən olmaq necədir, necə?,

Barsız eşq toxumu bətnimə düşüb,

Bu gecə ruhumu oxşaya bilən,

Bir dəli məhəbbət könlümə düşüb.

Ölümün üstünə qırmızı şalla,

Gedirəm nabatla, şərbətlə, Allah,

Əyilib gözündən öpməyə, gülüm,

Taqətim də çatmır, gücüm də vallah!

Nə suya dönüb axacam yolla,

Bir çayam yatağı boş qalmış, Allah,

Bu ağ bəndələrin önündə məəttəl,

Hey üzü danlağam, qarayam vallah!

İlahi, göyün də qapısı bağlı.......

Seyid Aynur

İyrənirəm şairlərdən, iyrənirəm əllərimdən.

Qozbel adam qoymur yatam!,

Bütün bu “düz” məmləkətin,

Əyri dabanlı adamı-

“Mədəni” soydaşlarımın,

İçində insan-yabanı!

Bircə odur yarım olan,

Bərbəzəkli geyənlərin,

İçində lüt, yalın qalan-

Qozbel adam qoymur yatam!,

Yapışaraq eyvanımdan,

Hər gecə məhəbbət gəzir,

Kobud, çirkli barmaqları,

Yarpaqları, gülü əzir.

Qozbel adam, qoymur yatam!

Günahlar içində məni,

O-tənhalıq girdabında,

Batan adam sevir məni,

Gözlərimdən gecəyarı,

Şərab kimi içir məni...

Qozbel adam, qoymur yatam!

İyrənirəm şairlərdən,

İyrənirəm əllərimdən.

Bircə gecə sevim deyə,

Qisas alır güllərimdən.

Qozbel adam qoymur yatam!

Qadağanı, yoxu söyür,

Bəlkə, də mən,

bəlkə də, o, yuxu görür?!

Eyvanımın yaxasından,

Sonda çəkib əllərini,

Milyonların arasında,

Öləcəksən, sabah deyir!

Öləcəksən, bu vaxt deyir!

Qozbel adam qoymur yatam...

# 1857 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #