Hekayəsiz insanlar

Hekayəsiz insanlar
27 may 2015
# 12:47

Gün gələcək, o gün ki, mən yanında olmayacam. Məni o gün axtarma. “Həyatına davam et” demişdim. O gün gəldi. Unutma məndən əvvəldə yaşayırdın. İndidə yaşayacaqsan. Sadəcə gözəl günlərimizi unutma. Yadında qalsın keçən payızdakı gəzintimiz. Yağışı sevdiyini deyib yağışdan qaçdın. O an bir anlıq elə bilmişdim məni də sevdiyini deyirsən. Artıq o sevgi bitib deyirsən.

Canın sağolsun. Qurumuş bir ağacı nə eləsəm də həyata qaytara bilmərəm. Bitən sevgini yenidən sənə qaytara bilmərəm. Bütün xoş xatirələri sənə qoyub gedirəm. Mənə sadəcə sevgin lazım idi. O sevgi olmayandan sonra xatirələrin mənası yoxdur. Sənədə lazım deyilsə sil getsin. Yeni səhifə aç bəmbəyaz. Yeni başlıq aç, yeni hekayə yaz . Amma yarıda saxlayıb cırıb tullama. Bizimki kimi. Sona çatdır. Çatdır ki, sonda oxumağa bir hekayən olsun.

İndiki yalnızlığı sonda düşün. Gördün nə qədər qorxuducudur. Məndə illər əvvəl düşünmüşdüm qorxmuşdum. Sən bu qorxunu yox etmişdin məndə. İllər sonra bəlkə də sən gəzdiyimiz yerdən keçəndə məni düşünəcəksən. Zəng edib dostlardan məni xəbər alacaqsan. Bəlkə də çoxu deyə bilməyəcək. Amma içlərindən biri kədərli şəkildə “Öldü” deyecək. O an gözlərin dolacaq, kədər səni boğacaq.

Bəli, mən hekayəsi yarımçıq qalmış insanlardan olacam. Narahat olma, nə birinciyəm, nə axırncı. Çalış sən mənim kimilərin sırasında olma.

Əlvida...

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
#
#
# # #