Kəndimiz...

Kəndimiz...
26 fevral 2013
# 10:38

Vahid Ləmbəlli (Bayramov)

Ləmbəlim mənim

Ləmbəli deyilən kəndimiz vardı
Axarlı-baxarlı gözəl diyardı.
İgid oğulları, qəşəng qızları
Leylisi, Söylüsü, Hilalı vardı!

“Dik daşın” üstündə qartal oturar,
Quzular mələşən döşə baxardı.
“Ağanın bulağı” ağ cığır kimi
“Göyərçinli” dərəsinə axardı.

“Qara bulaq” deyilən içməli suyu,
Yayda sərin olur, qışda ilıq
Güclü axarında çimişərək biz
Bəzən həvəslənib tutardıq balıq.

Dağlara dırmaşıb qulançar yığar,
Göbələk üstündə dava salardıq.
Ağız-burnumuz qana batırıb,
Axırda yenə də biz barışardıq!

Şaftalı bağları, üzüm bağları,
Əhatə etmişdir uca dağları.
“Qaçaq-qaçaq” oynayaraq biz,
Evə qayıdardıq lap gecə yarı.

Keçmişi düşünüb kədərlənirəm
Yurdum-yuvam yadıma düşür
Az qala ağlayam göz yaşı tökəm
Yenə də hövsələm dadıma düşür.

Həsrətində qaldım Ləmbəlim mənim
Of! Alışdım yandım Ləmbəlim mənim!

Qocalıq

Qocalıq dövrünün zirvəsindəyəm
Hayana baxıram sizi görürəm
Dağlardan enmişəm düzənliklərə
Ceyranlar mələşən düzü görürəm.

Həyatın o qədər keçmə keçi var
Çıxıb-düşməkdən də zara gəlmişəm
Qəlbimdə tutduğum yolla getsəm də
Heç özüm də bilmirəm hara gəlmişəm.

Həmişə gözümün önündəsiniz
Sizsiz keçinməyib bir anım mənim
Nə qədər baxsam da yenə doymuram
Leylam, Rüstəmim, Ceyranım mənim.

# 2654 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #