Qayaların üzərində yaşıl ağac - Şeirlər

Qayaların üzərində yaşıl ağac - Şeirlər
10 avqust 2022
# 18:20

Kulis.az Cavid Musanın şeirlərini təqdim edir.

Əzəl dünya

Ta əzəl gündən bəri
Belə gördüm bu dünyanın
Gəlmişini, keçmişini.
Bir nəfər padşah oldu,
Cümlə-bəşər zülm gördü.
Kimi çökdü, kimi bitdi.
Kimi haqsız ölüm gördü.
Ədalətsiz olan dünya,
Müvəqqəti ömür sürdü.

Kimdir görən
güclü tərəf?
Güc sahibi, söz sahibi?
Güc sahibi nə karədir?
Söz sahibin sözün kəsə
Bu dünyanın, bu insanın
Vardır əlbət öz sahibi!

***

Çox uzaqda qəribəlik var.
Qayaların üzərində bir cür ağac.
Yaşıl yarpaq, iri gövdə, hündür ağac.
Əllərini göy üzünə qaldırmış,
Gözləriylə asimana saldırmış.

O qayanın başına kimsə çıxa bilmir ki.
Lap payızın fırtınası, küləyi, qasırğası
Ağacı yıxa bilmir ki.
Fərqi yoxdur yayı-qışı,
Ağac yaşıl, yam-yaşıl.
Güllü, çiçəkli.
Necə də ecazkar görünür şəkli.
Bu ağacı hər zaman vermir ki...
Qayaların arasından
Gözlərimə düşən Günəş aman vermir ki...
Doyunca baxım.
Məni heyran edir daş üzərində yaşıl ağac.
Tanrı səni şah yaratmış...


Allah və mən

Mən Allaha inanıram.
Hər sabah erkən oyanıram.
Arzularımı demək üçün,
Hüzurunda dayanıram.
Arzumu deyirəm ona.
Ertəsi gün yeni arzu, yeni dilək
Yeni ruhla yaranıram.
Beləcə arzularla dolanıram.
Niyə hər arzum qəbul olmayır?!
Bəlkə arzularım doğru deyildir.
Bəlkə arzularımla günah edirəm.
Bəlkə qəbul olmuş, xəbərim yoxdur.
Bəzən düşünürəm, nələrim yoxdur!
Bu gün də hədiyyə istəyirəm mən.
Həyəcandan tir-tir əsirəm.
Allah, gözlə məni gələcəyəm.
Hədiyyəni almağa tələsirəm.

Açıklama yok.

# 4756 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #