#

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov
14 iyun 2024
# 14:30

Kulis.az Məhəmməd Kərimovun "Neytral haldan yaranan insanlığın xülyası" yazısını təqdim edir.

Yaşayan, yaşadığını hiss edən vücudumuzdakı şüur sistemi təkcə beyində yerləşmir. Orqanizmimiz vahid olaraq şüura sahibdir və həmin şüuru vahid olaraq formalaşdırmaqdadır. Fiziki bədənimiz metafizik vücudumuzun maddi yansımasıdır. Mövzu barədə bioloq və kvant fizikası sahələrində professor olan Bryus H. Liptonun özünün qələmə aldığı “İnancın biologiyası” adlı kitabında bildirmişdir: “Genlərin öz-özlərinə ortaya çıxabilmə kimi özəllikləri yoxdur. Genlərin var olması üçün onların hərəkətlərinin ətraf fəza tərəfindən təcilə gətirilməsi gərəklidir”

Bryus H. Liptonun qeyd etdiyi məlumata əsasən hüceyrəmiz daxilində yerləşən gen bilgilərimizin var ola bilməsi üçün ilk öncə həmin gen bilgisinin fəzada yaranmasının gərəkli olmasını açıqlamaqdadır. Fəzada bilginin enerji tezlikləri tipində yer aldığını nəzərə alsaq, yuxarıdakı ifadəni daha açıq tərzdə qeyd etmək olar: “Maddi orqanizmanın yaranması üçün ilk öncə ona xas enerji tezliyi yaranmalıdır. Hər şey enerjinin yansımasıdır”.

Əvvəlcə metafizik vücud yaranmalı və fiziki vücuda çevrilməlidir. Metafizik vücud dedikdə isə enerji tezliklərindən söz edilməkdədir. Bizlər kainat enerjisi daxilində olan özümüzə xas olan tezliyə sahib varlıqlarıq. Vücudumuz da kainat fəzasında olan enerji tezliyimizin maddiləşmiş halıdır.

Vücudumuz kimi hər bir düşüncəmiz də özünə xas enerji tezliyinə sahibdir və düşüncələr də maddiləşməyə meyillidir. Məqalənin bu yerində Bryus H. Liptonun həmin kitabından misal vermək yerində olacaq: “Vücudumuzu və zehnimizi genlər tərəfindən idarə edilən hormonlar və sinir sistemimiz idarə etmir. Əksinə, inanc və düşüncələrimiz vücudumuzu, zehnimizi və ümumi olaraq yaşamamızı idarə edir”.

Düşüncələrimiz maddi dünyaya yansımaqdadırsa, rahatlıqla iddia edə bilərik ki, vücudumuzun maddiləşməsi halı da öz başlanğıcını düşüncədən götürməkdədir. Məqalənin bu yerində sual vermək istəyirəm: Bizim vücudumuzu yaradan düşüncə bizim öz düşüncəmizdir yoxsa, valideynlərimizin düşüncəsidir?

Bu sualın cavabı bizim düşüncəmizdir şəklində cavablasaq, biz olmamışdan əvvəl enerji tezliyimizin olduğunu demiş olarıq. Enerji qanununa əsasən isə enerji bir haldan başqa hala çevrilə bilir. Yəni müəyyən tezlikdə enerjinin yarana bilməsi üçün, onun digər enerji tezlikləri tərəfindən var edilməsi, yəni bir haldan başqa hala gətirilməsi gərəklidir. Belə olan halda, suala ikinci cavabı doğru qəbul etməliyik. Bu dəfə isə yeni sual qarşısında qalırıq:
Belədirsə, yəni mənim enerji tezliyimin var ola bilməsi üçün valideynlərimin və digər insanların düşüncə məhsuluna ehtiyac varsa, o zaman ilk insanın enerji tezliyi üçün kimin düşüncəsi mənbə olaraq qəbul olunmuşdur?

Bu sual qarşısında yalnızca Tanrını, Onun düşüncəsini cavab olaraq vermək olar. İslam dininə, Qurani-Kərimə nəzər etdikdə isə bu barədə olan qeydlərə rast gəlinir: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” (Quran 1:30) “Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "(canlı insan) ol!" dedi, o da oldu" (Quran 2:59)

Qurani-Kərimdə olan yuxarıdakı qeydlərdən açıq-aydın görürük ki, insan hər şeydən əvvəl ilk öncə Tanrının istəyi, düşüncəsi olmuşdur. Düşüncələrin maddi həyata yansıması özəlliyinə uyğun olaraq da, Tanrının da düşüncəsi yansımış və Adəm var olmuşdur, yəni Tanrının düşüncəsindən, onun yaradılışından gəlməkdəyik. Yaşadığımız dönəm çərçivəsində əlaqədə olduğumuz bütün maddi amillər isə bizim düşüncə məhsulumuzdur.

Tam gerçəkdə isə maddiləşmək bizə görə, bizim nəzərimiz intervalında reallaşmaqda olan hadisədir. Tam həqiqətdə yalnız enerji vardır, maddə və maddəyə bağlı olan zaman isə yoxdur. Hər şeyi özümüz yaradır və yaratdığımız maddi dünya oyununu oynamağı sevirik. Hər şey reallıqda xülyadan başqa bir şey deyil və həqiqətən olan isə bizim özümüz, enerji tezliklərimizdir. Tanrı isə var olan canlılığın enerji tezliklərinin yarandığı, öz xülyalarını yaşadığı və sonda dönəcəyi olan neytral, sabit haldır. Elmin son dayanacağı ünvan budur.

Mənbə:

Bruce H. Liptonun “İnancın Bioligiyası” adlı kitabının 23, 26-cı səhifələrindəki qeydlər.
Qurani-Kərimin Bəqərə surəsinin 30 və Ali-İmran surəsinin 59-cu cümlələri.
Son mənbə kimi mənim Astrobios fərziyyəm.

Qeyd: Astrobios fərziyyəsi Məhəmməd Kərimov adına “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə müəlliflik hüququ qeydiyyata alınmışdır.

# 5915 dəfə oxunub

Oxşar xəbərlər

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

16:30 17 may 2024
# # #