Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü FOTOLAR

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü <span style="color:red;">FOTOLAR
9 aprel 2015
# 11:40

Məlum olduğu kimi, Bakıda Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan "Əli və Nino" filminin çəkilişləri davam edir. Filmlə bağlı ənənəvi yazılar silsiləsinin davamında buro247.az saytı Əli və Nino cütlüyünün filmdən olan ilk birgə fotosunu təqdim edir.

Aprelin 1-dən etibarən "İçərişəhər"də yenidən başlayan çəkilişlər ayın 14-dək davam edəcək. Ötən gün 1918-ci ildə baş vermiş Bakı döyüşünün səhnələri çəkilib.

Filmin çəkilişləri Azərbaycan Dövlət Opera və Balet teatrında da aparılıb. Əli və Nino Bakı şəhər opera teatrında "Yevgeni Onegin" tamaşasını izləməyə gedirlər. Məhz burada Əli erməni Məlik Naçararyanın Ninoya laqeyd olmadığının bir daha şahidi olur.

Bundan başqa, çəkilişlər Qubanın qədim Xınalıq kəndində də aparılıb. Burada Əli və Ninonun Dağıstan səfəri göstərilib.

Əsərdə köhnə Bakı, Bibiheybət neft mədənləri sahəsi barədə söhbət açılır. Artıq bu səhnələrin də çəkilişi yekunlaşıb. Bakıdan sonra çəkilişlərin İran, İstanbul və Tbilisidə aparılması planlaşdırılır.

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, Asif Kapadiya, ssenari müəllifi isə Kristofer Hemptondur. Filmdə baş rolları Adam Bakri və Mariya Valverde canlandırırlar. Aktyor heyətinə Mendi Patinkin, Konni Nilsen, Rikkardo Skamarço, Humayun Ərşadi, Halit Ergenç, Numan Acar, Fəxrəddin Manafov, Rasim Cəfərov, Pərviz Bağırov, Dəniz Tacəddin və digərləri daxildir.

Qeyd edək ki, müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir.

Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür.

Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır.

Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni doğulmuş ilə birlikdə Gürcüstana qaçır.

# 2811 dəfə oxunub

Oxşar xəbərlər

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

18:00 3 avqust 2026
"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

16:50 3 avqust 2026
Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

10:46 3 avqust 2026
Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

10:30 3 avqust 2026
2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər