Ən çox film çəkən Azərbaycan rejissoru kimdir? STATİSTİKA

Ən çox film çəkən Azərbaycan rejissoru kimdir?  <span style="color:red;">STATİSTİKA
28 aprel 2017
# 12:56

“Azərbaycanda 2002-ci ilə qədər 340 film çəkilib”.

Bu barədə Kulis.Az-ın sorğusuna cavab olaraq kino tarixçisi Aydın Kazımzadə məlumat verib:

“2003-cü ildə iki cilddə “Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu” kitabım çap olunub. Bu kitaba 1898-ci ildən 2002-ci ilə qədər olan filmləri daxil etmişəm. Bu dövr ərzində çəkilən cizgi film, sənədli film, tammetrajlı, qısametrajlı filmlər, eyni zamanda filmlərin məzmunu, texniki tərəfləri, yaradıcı heyət və s. kitabda öz əksini tapıb. Kitabı yaza-yaza həm də çəkilən filmlərin hesablamasını apardım. Deməli, Azərbaycanda 1898-ci ildən 2002-ci ilə qədər 340 bədii film çəkilib. Bura televiziya filmləri, tammetrajlı, qısametrajlı bədii filmlər daxildir.

Daha sonra kinoşünas bunları əlavə edib: “2002-ci ildən bu günə qədər isə yəqin ki, 100-dən çox film çəkilər. Mən bunu da hesablayacağam. “Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu” kitabımın davamını yazacam. Əslində bu iki cildlikdə qüsurlar, çatışmazlıqlar var, onları aradan qaldırıb təzədən çap edəcəm. Bütövlükdə Azərbaycan kinosunun 2017-ci ilə qədər çəkilmiş filmləri haqqında kitabı hazırlayacam. Buna görə kitabı təzədən işləmişəm, bəzi məlumatları dəqiqləşdirirəm. Həm bu iki cildliyi təkmilləşdirəcəm, həm də onun ardını yazacam. Allah qoysa, ölməsək, sağ qalsaq, 2017-ci ilə qədər çəkilmiş filmlər haqqında kitabım çap olunacaq.

“Bəs ən çox hansı rejissorumuz film çəkib” sualına isə Aydın Kazımzadə belə cavab verib: “Deməli, ən çox Tofiq Tağızadənindir, 15 film çəkib. Rasim Ocaqov 14 tammetrajlı film çəkib, operator kimi 13 filmə imza atıb. Şamil Mahmudbəyov 12 film, Hüseyn Seyidzadə isə 7 film çəkib”.

# 5790 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər