Azərbaycan filminin iştirak etdiyi Venesiya festivalı davam edir

Azərbaycan filminin iştirak etdiyi Venesiya festivalı davam edir
29 avqust 2014
# 14:11

Avqustun 27-də Lido adasında İtaliya prezidenti Corco Napolitanonun iştirakı ilə təntənəli şəkildə açılan Venetsiya festivalı davam edir. Kulis.azın xəbərinə görə “Qızıl şir” uğrunda yarışan 20 filmdən biri olan “Berdmen” əsəri açılış günü təqdim olunub. Filmin rejissoru Aleksandro İnyarittu Qonsalesdir. Filmdə baş rolu Maykl Kiton oynayır, təntənəli açılış mərasiminin qonaqlarından biri də məhz odur.

Bu baxımdan festivalın ən gözlənilən və ən parlaq qonağı yəqin ki, kinoulduz Al Paçinodur. Al Paçino müsabiqədə olan iki filmdə -gənc Amerika rejissoru Devid Qordon Qrinin “Manqlexorne”sində və Barri Levinsonun festivalda müsabiqədən kənar iştirak edən “Alçalma” filmində oynayıb.

1932-ci ildən bəri keçirilən festivalda bu il kifayət qədər ulduz aktyorun iştirak etmədiyini təşkilatçılara nöqsan tutan tənqidçilərə festivalın direktoru Alberto Barbera belə cavab verib: “Biz əzələ göstərmək və ya yarışdan birinci çıxmaq üçün burada deyilik. Bizim hədəfimiz keyfiyyətli filmlər göstərməkdir”.

Münsiflər heyətinin sədri Aleksandr Deplat isə biz yeni səslər, yeni üzlər, yeni mövzular kəşf etmək üçün buradayıq deyib.

Festivalın hiti isə Lars fon Trierin “Nimfomanka” filminin ikinci hissəsinin premyerasıdır.

Marginal kinonun canlı klassiki hesab olunan Abel Ferrarın “Pazolini” filmi maraqla gözlənilən filmlərdəndir. Dahi Pazolinini filmdə aktyor Uilyam Defo oynayır.

Türk əsilli rejissor Fatih Akının əsas müsabiqə proqramında iştirak edən “Çapıq” filmi "genosid" zamanı qızları ilə birgə qaçan ermənidən bəhs edir. Film boyu o qızlarını axtarır.

Türk kinosunu daha bir film təmsil edir: Kaan Müjdeçinin “Sivas” filmi.

Andersonun “Göyərçin budağa qonub həyat haqda düşünürdü” filmi isveçrəli rejissorun kinoda yeddi ilik fasilədən sonra ilk işidir. Kinomanlar onun kinoya qayıdışının özünü bir hadisə kimi qiymətləndirirlər.

Rusiya festivalda Andrey Konçalovskinin “Poçtalyon Aleksey Trapitsinin bəyaz gecələri” filmi ilə təmsil olunur. Film hələlik qeyri-peşəkar aktyorları, minimal büdcəsi, rus əyalətinə xas poeziyası ilə əlamətdardır. Müsabiqənin münsiflər heyaətinə Aleksandr Desplat sədrlik edir. Münsiflər arasında isə Joan Chen, Philip Gröning, Jessica Hausner, Jhumpa Lahiri ilə yanaşı Tim Rot da var.

Festival sentyabrın 6-dək davam edəcək.

Xatırladaq ki, bu il Azərbaycan da festivalda təmsil olunur. Rejissor Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi kinofestivalın “Horizontlar” (Orizzonti) proqramında sentyabrın 5-də nümayiş olunacaq. Bu proqramda E. Musaoğlu ilə yanaşı 16 rejissorun filmi yarışır.

# 2707 dəfə oxunub

Oxşar xəbərlər

"F1" filminin davamı nə vaxt çəkiləcək?

"F1" filminin davamı nə vaxt çəkiləcək?

12:15 29 may 2026
Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

11:05 29 may 2026
Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

10:40 29 may 2026
"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

18:50 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər