Qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - Siyahı

Qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - Siyahı
9 noyabr 2019
# 20:46

Bu gün Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının mükafatlandırma mərasimi keçirlib.

Kulis.azın verdiyi xəbərə görə, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin keçridiyi festivalın qalibləri aşağıdakılardır:

Beynəlxalq müsabiqə üzrə

“Tamaşaçı rəğbəti” diplomu

“Ahıllar” bədii filmi- Rejissorlar Ramin Fərzani və Parisa Sədai Azər. İran.

“Nanuli və Qogi” filmi- Rejissor Mariam Aqladze . Gürcüstan. CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan film.

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları

“Akif” bədii filmi- Rejissor Harun Baysan. Türkiyə.

“Parivaş” animasiya filmi- Əminə Monşizadə. İran.

“Münsiflər heyətinin diplomunu”

“Əsl bahadır” sənədli filmi- Rejissor Yelena Poroşina. Rusiya, Estoniya.

“Bu gün yox” animasiya filmi- Rejissor Marin Ceykob. Belçika

“Son seçim” bədii filmi- Rejissor Amil Məmiyev. Azərbaycan.

“Münsiflər heyətinin xüsusi mükafatı”

“Sonuncu müştəri” bədii filmi - rejissor Anna Urbançik. Polşa

“Təxəyyül” bədii filmi- Rejissor Gespəğ Qrani. Belçika.

“Ən yaxşı animasiya filmi” və “Ən yaxşı animasiya rejissoru”

“Qız” filmi- rejissor Daria Kaşçiva. Çexiya

“Ən yaxşı sənədli film”

“Andın o tərəfi” filmi- Rejissor Henrik Dalbrinq. İsveç.

“Ən yaxşı sənədli film rejissoru”

Rejissor Hillel Reyt - “Atamın oğlu” filmi - İsrail.

“Ən yaxşı bədii film rejissoru”

İvan Qriqolyunas- “Klava Qraçyovanın üç günü” filmi. Rusiya.

“Ən yaxşı bədii film”

“Qardaşlıq” filmi - Rejissor Məryam Cubor. Kanada, Tunis, Qətər, İsveç filmi.

Yerli müsabiqə üzrə

Münsiflər heyətinin diplomları

“Bərə” bədii filmi- Rejissor Kürçaylı Məmmədov

“Skat” bədii filmi- Rejissor Səddam Mehdiyev

“İki ağac” animasiya filmi- Rejissor Ruslan İbrahimli

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı

“Altsheymer” sosial çarxı- Müəlliflər Gülnar Askeri və Pərviz Rəşad.

“Ən yaxşı ssenari”

Türkan Zamanova - “Dan yeli” filminin ssenari müəllifi.

“Ən yaxşı sosial çarx”

“Qız oxusun”- Rejissor Günel Qədirova

“Ən yaxşı sənədli film”

“Küy simfoniyası” - Rejissor Vüsal Hacıyev.

“Ən yaxşı bədii film”

“Soraq” filmi. Rejissor Pərviz Həsənov.

Xatırladaq ki, 6 noyabrda başlanan festival Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.


Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərib.

Festiivala bu il 79 ölkədən 3 min 484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla festivalın yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışıb. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparıb.

# 6657 dəfə oxunub

Oxşar xəbərlər

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

12:00 6 oktyabr 2026
Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər